Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Yunanıstan İsraildən yeni hava müdafiə sistemləri alır

    17 Oktyabr 2025 17:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Yunanıstan mətbuatı İsrailin arxipelaq adalarında istifadə oluna biləcək “killer drones” tipli insansız hava vasitələri (PUA) də daxil olmaqla hava müdafiə sistemləri təklif etdiyini yazıb.

    AzerVoice xəbər verir ki, “Kathimerini” qəzetinin məlumatına görə, təklif hazırda Yunanıstan Silahlı Qüvvələri tərəfindən qiymətləndirilir.

    Məlumata əsasən, İsrail uzun müddətdir müzakirə olunan “Spyder All in One” hava müdafiə sisteminə əlavə olaraq, adaların mürəkkəb coğrafi quruluşuna uyğun yeni sistemlər də təklif edib.

    Bu çərçivədə, həm PUA-lara qarşı müdafiə məqsədilə istifadə oluna bilən lazer sistemləri, həm də batareya ilə işləyən, məlumat toplaya bilən və potensial təhlükələrə qarşı operativ hərəkətə keçə bilən “killer drones” tipli pilotsuz uçuş aparatlarının təqdim olunduğu bildirilib.

    Qəzetin yazdığına görə, İsrailli şirkətlər tərəfindən təklif olunan həmin dronlar, məskunlaşma olmayan kiçik adalarda belə rahatlıqla yerləşdirilə bilər. Yunanıstan Silahlı Qüvvələrinin bu sistemləri hərtərəfli şəkildə qiymətləndirdiyi qeyd olunur.

    Avropa İttifaqının 2027-ci ilə qədər xarici sərhədləri boyunca “drone wall” (dron divarı) adlanan müdafiə sistemi qurmaq planının Atina tərəfindən müsbət qarşılandığı vurğulanıb. Bununla yanaşı, Yunanıstanın Türk müdafiə sənayesinin bu sistemlərə daxil edilməməsi yönündə fikrini bildirdiyi açıqlanıb.

    Türkiyənin NATO daxilindəki mövqeyinə toxunan xəbərdə qeyd olunur ki, Türk müdafiə sənayesinin PUA texnologiyaları sahəsində qazandığı təcrübə bir çox NATO üzvü ölkələr tərəfindən ittifaqın strateji gücünə töhfə kimi qiymətləndirilir. Məlumata görə, Almaniya, İspaniya və İtaliya Türkiyəni bu sahədə dəstəkləyir, lakin Yunanıstan, Fransa və Cənubi Kipr Rum İdarəsi (GKRY) bu yanaşmaya qarşı çıxır.

    “Kathimerini” həmçinin Yunanıstanın mövcud hava müdafiə sistemlərini yeniləməyə çalışdığını və İsraillə PUA texnologiyaları sahəsində əməkdaşlığını dərinləşdirdiyini yazıb.

    Yunanıstanın müdafiə naziri Nikos Dendias son çıxışında Türkiyə istehsalı olan Bayraktar TB2 və TB3 dronlarına qarşı müdafiə tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

    #Türkiyə #İsrail #Avropa İttifaqı #Bayraktar TB3 #Tel-Əviv #Ankara #Yunanıstan #PUA #Afina #Bayraktar TB2 #Yunanıstan Silahlı Qüvvələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fənərbaxçanın borcu açıqlanıb

    31 Yanvar 2026 13:28

    Tramp və Netanyahu insanları silahlandırıb - Pezeşkian

    31 Yanvar 2026 12:52

    İsrailin Qəzzaya hücumları nəticəsində 12 fələstinli həlak oldu

    31 Yanvar 2026 11:23

    ABŞ İsrailə 6,5 milyard dollarlıq silah satışını təsdiqlədi

    31 Yanvar 2026 10:26

    Mədəniyyət Nazirliyində Türkiyə səfiri ilə görüş olub

    30 Yanvar 2026 09:05

    Özbəkistan prezidenti Türkiyədə rəsmi səfərdədir

    29 Yanvar 2026 16:41

    Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri Tom Barrakı qəbul edib

    29 Yanvar 2026 14:48

    İran XİN rəhbəri Türkiyəyə səfər edəcək

    29 Yanvar 2026 14:24

    İsrail ordusu Qəzzada 70 min fələstinlinin öldüyünü ilk dəfə etiraf etdi

    29 Yanvar 2026 14:13

    Şavkat Mirziyoyev Türkiyəyə səfər edəcək

    29 Yanvar 2026 12:37

    Türkiyədə kibertəhlükəsizlik əməliyyatları - yüzlərlə şübhəli ifşa olundu

    29 Yanvar 2026 11:06

    Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib

    29 Yanvar 2026 09:37
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 2 fevral

    Trampın hərbi təhdidlərinə kəskin cavab olaraq, İranın müttəfiqləri regional qarşıdurmanı genişləndirməklə hədələyirlər

    Kentavrlar mifdir, yoxsa qədim mədəniyyətlərin ortaq simvolu?

    İslam mənbələrində cinlərin məskənləri haralar sayılır?

    "Real Madrid" son saniyə penalti ilə "Rayo Valyekano"nu məğlub etdi

    Qazilikdən imtina idən alim: Əbhərinin Elm və Zühd Dolu Ömrü

    Orta əsrlər müsəlman alimlərinin tibbi inqilabı - İslamda psixoterapiya varmı?

    Bəlucistan döyüş meydanına döndü: 31 mülki şəxs həlak olub

    Xamenei etirazları "çevrilişə" bənzədir və regional müharibə barədə xəbərdarlıq edir

    Türkiyənin sərhəd təhlükəsizliyi və Suriya razılaşması: Regional təsir analizi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.