Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    İran və Səudiyyə Ərəbistanı XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

    29 Dekabr 2025 09:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice, Nailə Babazadə

    İranın xarici işlər naziri Abbas Əraqçi ilə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan arasında telefon danışığı baş tutub.

    AzerVoice xəbər verir ki, danışıq zamanı tərəflər İran və Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin inkişafını, həmçinin regionda və beynəlxalq aləmdə baş verən əsas prosesləri müzakirə ediblər. Nazirlər siyasi məsləhətləşmələrin davam etdirilməsinin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin ortaq maraqlara və regional sabitliyə töhfə verəcəyini vurğulayıblar.

    Yəmənin cənubundakı vəziyyətə toxunan Abbas Əraqçi ölkənin birliyinin və ərazi bütövlüyünün qorunmasının vacibliyini qeyd edib, uzunmüddətli sülhün təmin olunması üçün siyasi yol xəritəsinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

    İran XİN rəhbəri, həmçinin İsrailin Livana qarşı hücumlarını pisləyərək, beynəlxalq ictimaiyyəti, xüsusilə atəşkəsə zəmanət verən tərəfləri bu hərəkətlərin qarşısını almağa və Livan xalqına qarşı pozuntuların davam etməsinə imkan verməməyə çağırıb.

    Səudiyyə Ərəbistanının xarici işlər naziri isə region ölkələri arasında dialoq və əməkdaşlığın davam etdirilməsinin sülh və sabitliyin qorunması baxımından mühüm rol oynadığını bildirib. O, eyni zamanda İsrailin hərəkətlərinə görə məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb və regional əməkdaşlığın gərginliyin azaldılmasında əsas vasitə olduğunu qeyd edib.

    Telefon danışığı iki ölkə arasında regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş davamlı məsləhətləşmələr çərçivəsində keçirilib.

    #İran #Səudiyyə Ərəbistanı #Feysəl bin Fərhan #Abbas Əraqçi #Regional təhlükəsizlik #İkitərəfli əlaqələr #Regional və beynəlxalq məsələlər #İkitərəfli münasibətlər #İkitərəfli münasibətlərin inkişafı #Regional və qlobal inkişaflar #İkitərəfli görüşlər #ikitərəfli münasibətlərin gücləndirilməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə Ərəbistanı Yəməndən olan separatçıları mövqelərini tərk etməyə çağırıb

    27 Dekabr 2025 13:18

    Hakan Fidan, 2025-də 240 ikitərəfli görüş keçirdi

    27 Dekabr 2025 12:30

    Səudiyyədən Türkiyə limanlarına 2 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    27 Dekabr 2025 09:00

    Əfqanıstanın polis rəisi Tehranda öldürülüb

    25 Dekabr 2025 12:28

    Səudiyyə Ərəbistanının yeni humanitar yardım karvanı Rəfahdan keçərək Qəzzaya gedib

    25 Dekabr 2025 12:19

    Ərdoğan Livan Prezidenti ilə regional sabitlik və əməkdaşlığı müzakirə edib

    23 Dekabr 2025 20:06

    BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişi üzrə iclas keçirəcək

    23 Dekabr 2025 09:37

    İtaliya UNIFIL-in mandatı bitdikdən sonra Livanda hərbi mövcudluğunu saxlamaq niyyətindədir

    22 Dekabr 2025 19:50

    İran Ordusu sərhəd təhlükəsizliyini gücləndirir

    22 Dekabr 2025 17:30

    İran raket proqramının müdafiə xarakterli olduğunu bəyan edib

    22 Dekabr 2025 15:03

    Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib

    22 Dekabr 2025 12:34

    Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub

    22 Dekabr 2025 10:41
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədə polis-İŞİD qarşıdurması: Yaralanan 7 polis xəstəxanaya yerləşdirilib

    Netanyahu Trampla Qəzza atəşkəsinin ikinci mərhələsini müzakirə edəcək

    Türkiyədən Türkmənistana dəri ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    NFC ödənişləri bütün avtobus marşrutlarında aktivləşdirilib

    Nə üçün Hizbullah silahları dövlətə təhvil verməkdən imtina edir ?

    İran və Səudiyyə Ərəbistanı XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

    Sülh planının 90 faizi üzrə razılıq əldə olunub - Zelenski

    Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

    Türkiyə limanları ilə 83 milyon tondan çox neft məhsulları daşınıb (ÖZƏL)

    Yuxuda Fil Görmək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.