Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Tramp Malayziyaya GƏLMƏSİN - Soyqırım dəstəkçisinə xoş gəldin yoxdur

    7 Sentyabr 2025 10:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Malayziyada yüzlərlə fəal ABŞ prezidenti Donald Trampın gələn ay ölkəyə edəcəyi səfərə qarşı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları hökuməti Trampı “müharibə cinayətləri və Qəzzada soyqırım dəstəyində iştirak” ittihamı ilə ölkəyə dəvət etməməyə çağırıblar.

    Etirazçılar paytaxt Kuala-Lumpurda yerləşən Bukit Bintang işgüzar məhəlləsindəki “McDonald’s” restoranı qarşısından yürüşə başlayıblar. Onlar İsrail işğalına dəstək verdiyini düşündükləri şirkətlərin boykot edilməsinə çağırış edərək, daha sonra Petronas əkiz qüllələrinin yerləşdiyi meydana yollanıblar. Sloganlarda ABŞ-ın İsrailə hərbi, maliyyə və siyasi dəstək verməklə “soyqırımın birbaşa himayədarı” olduğu vurğulanıb.

    Aksiyanın əsas şüarı “Tramp – gəlmə” olub. İştirakçılar arasında qadınlar və uşaqların çoxluğu, habelə tanınmış ictimai qurumların fəalları diqqət çəkib. Onların bir qismi hökumətə yaxın təşkilatlar hesab olunur.

    Sosial şəbəkələrdə “Hakim” adı ilə tanınan tanınmış fəal Trampın dəvətini “Malayziya xalqına hörmətsizlik” adlandırıb.

    “Tramp şəxsən soyqırımın maliyyələşməsinə cavabdehdir. Biz sülhsevər xalqıq və ayaqları qanlı bir cinayətkarı ölkəmizdə görmək istəmirik,” – deyə o bildirib.

    Hakim ABŞ səfirliyi qarşısında dəfələrlə təkbaşına etiraz aksiyaları keçirib, ABŞ-ı müharibə cinayətlərində iştirakda ittiham edən plakatlarla çıxış edib.

    “Fələstinlə Həmrəylik Katibliyi”nin baş katibi Tyan Çua isə Trampın dəvətini “ASEAN-ın prinsiplərinə zidd” adlandırıb. Onun sözlərinə görə, Trampın mövqeyi regionun sülh, sabitlik və əməkdaşlıq ruhuna ziddir və “müharibə cinayətkarının” ASEAN sammitində iştirakı təşkilata ancaq zərər gətirəcək.

    “İkram” Fondunun rəhbəri Bədli Şah Şam Baharin də daxil olduğu bir çox vətəndaş cəmiyyəti təşkilatları ortaq bəyanat yayaraq, Trampı “soyqırım prezidenti” adlandırıblar və onun səfərinin Malayziya üçün “utancverici” olacağını bildiriblər.

    Bununla yanaşı, Baş nazir Ənvar İbrahim Trampın ASEAN sammitinə qatılmasını regionun geosiyasi rolunun güclənməsi baxımından diplomatik imkan kimi qiymətləndirir. Şam Baharin isə bu izahı anladığını desə də, ABŞ-ın İsrailə dəstəyinin dayandırılması üçün ictimai təzyiqin davam etdirilməsinin vacibliyini vurğulayıb.

    Bəyanatda əlavə olaraq qeyd olunub ki, Almaniyanın İsrailə silah ixracını dayandırmaq qərarına baxmayaraq, ABŞ hələ də yeganə əsas silah təminatçısı olaraq qalır və bu, “soyqırımın davamına birbaşa ortaq olmaq” deməkdir.

    Onlarla təşkilatın imzaladığı ortaq bəyanatda Trampın səfəri “xalqın iradəsinə zidd” adlandırılıb və hökumət ABŞ-a alternativ tərəfdaşlar axtarmağa çağırılıb. Qurumlar Çinin bölgədə mümkün strateji tərəfdaş kimi önə çıxdığını qeyd ediblər.

    Fəallar etirazların davam etdiriləcəyini bildiriblər: “Dünya xalqlarının təzyiqi sayəsində İsrail artıq tənha bir dövlətə çevrilib. Malayziya xalqı da səsini yüksəltməlidir,” – deyə bəyanatda vurğulanıb.

    #Donald Tramp #Donald Tramp və Qəzza planı #Donald Tramp Ukrayna müharibəsi haqqında #Donald Tramp 2025 siyasəti #Donald Tramp immiqrasiya proqramı #Donald Tramp və İsrail əlaqələri #ASEAN #Donald Trampın Səudiyyə səfəri #Donald Tramp və İran sanksiyaları #Donald Trampın İsrail–İran atəşkəsini elan etməsi #McDonald’s #Qəzzada soyqırım dəstəyində iştirak #Petronas #Fələstinlə Həmrəylik Katibliy
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Trampdan iqtisadi qumar: Kevin Vorş üçün 15 faizlik artım hədəfi

    10 Fevral 2026 11:15

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    Dünyada lağ obyektinə çevrilmişik - Tramp

    9 Fevral 2026 11:06

    “Əldə olunmuş nailiyyətlər Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dönəcəyinə inam yaradır” – Bəyanat

    8 Fevral 2026 22:48
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    Xaricdə təhsil üzrə dövlət proqramına müraciətlər apreldə başlayır

    Qalatasaray Çempionlar Liqasında Yuventusu qəbul edəcək

    Prezident İlham Əliyev Aleksandar Vuçiç ilə qeyri-rəsmi səhər yeməyində iştirak edib

    İspaniya üçün yeni seçim KAAN ola bilər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    Mediada boşanmaqla bağlı yalan məlumat yayanlar həbs ediləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.