Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    “Mərkəzi Kəşfiyyat İdarəsinin içindən təfərrüatlar: ABŞ niyə Əfqanıstanda uğursuz oldu?”

    20 Avqust 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    “ABŞ bir insanı Aya çıxardığı üçün bəziləri elə zənn edir ki, o, hər şeyi edə bilər, həm də çox tez bir zamanda. Əgər bacarmasa – istər imkanların çatışmazlığına, istər resurs qıtlığına, istərsə də bürokratik qarışıqlığa görə – həmin adamlar düşünürlər ki, ABŞ sadəcə bunu istəmədiyi üçün etmədi”.

    Bu sözləri general Piter Tşiarielli Əfqanıstan və İraq müharibələri dövründə ABŞ ordusunun “Military Review” jurnalının ərəb dilindəki buraxılışında yazmışdı. Cümlə, ABŞ-ın geniş imkanları barədə dünyada mövcud olan təsəvvürləri əks etdirir. Xüsusilə də Amerika kəşfiyyatının böyük hadisələrə təsiri ilə bağlı bu qənaət daha da şişirdilir.

    Amma əksinə, elə kəşfiyyat zabitlərinin özləri və kəşfiyyat araşdırmaları sahəsində çalışan tədqiqatçılar daha təvazökar yanaşır. Hətta bu sahədə əsas istiqamətlərdən biri “kəşfiyyatın uğursuzluğu” mövzusudur. Məsələn, Robert Qrevsin “Niyə kəşfiyyat uğursuz olur? İran inqilabından və İraq müharibəsindən dərslər” adlı kitabında bu mövzuya toxunulur.

    Bundan bir neçə həftə əvvəl isə araşdırmaçı jurnalist Tim Viner yeni kitabını – “Missiya: XXI əsrdə Amerika kəşfiyyatı” – nəşr etdirib. Viner 1988-ci ildən bəri kəşfiyyat üzrə ixtisaslaşıb və 2007-ci ildə “CIA-nın ilk 60 illik tarixi”ni araşdıran “Kül içində miras” kitabına görə ABŞ-da Milli Kitab Mükafatını alıb. O əsərini yüzlərlə məxfi sənədin deklassifikasiyası və 200-ə yaxın keçmiş direktor, zabit və yüksək vəzifəli şəxslə müsahibə əsasında yazmışdı.

    Bu yazıda Vinerin yeni kitabına əsaslanaraq, ABŞ kəşfiyyatının tarixindəki ən uzun müharibədə – Əfqanıstan savaşında (2001–2021) – necə uğursuzluğa düçar olduğunu nəzərdən keçirəcəyik.

    ABŞ kəşfiyyatının vəzifələrinin dəyişimi

    1947-ci ildə CIA-nın qurucularından biri və daha sonra yeddi il ərzində direktor olmuş Riçard Helms deyirdi:

    “Başlanğıcda məqsəd dünyanı, xüsusilə də düşməni tanımaq və yeni bir Perl Harbor hücumunun qarşısını almaq idi. Analitiklər gizli məlumatlara çıxış əldə etməli, Kreml haqqında sirlər toplamalı və bunları təhlil edib prezidentə təqdim etməli idilər. Amma biz demək olar ki, heç nə bilmirdik. Əgər bir telefon kitabçası və ya hərbi aerodromun xəritəsi ələ keçsəydi, bu, böyük uğur sayılırdı”.

    Lakin 1949-cu ildən etibarən soyuq müharibənin qızışması ilə CIA-nın məqsədi dəyişdi: artıq dünyanı anlamaq yox, onu gizli əməliyyatlarla dəyişmək əsas məqsəd oldu.

    Bu çərçivədə CIA İranda Müsəddiq hökumətinə qarşı çevriliş planlaşdırdı, İtaliya və Yunanıstanda kommunist partiyaları zəiflətmək üçün siyasi fiqurları və həmkarlar ittifaqlarını maliyyələşdirdi, SSRİ, Polşa, Ukrayna, Çin və Şimali Koreyaya casuslar göndərdi, hətta Konqoda Patris Lumumba və Çilidə Salvador Allende kimi liderlərin devrilməsinə dəstək verdi.

    Amma “Donuzlar körfəzi” əməliyyatının fiaskosu, Kennedinin Fidel Kastronu devirmək planının uğursuzluğu, eləcə də Niksonun Watergate qalmaqalı üçün kəşfiyyatdan sui-istifadəsi nəticəsində 1970-ci illərdə Konqres CIA-nı ciddi nəzarət altına aldı və əsas vəzifəyə – “dünyanı anlamaq” funksiyasına geri qaytardı.

    SSRİ-nin süqutu (1991) isə CIA-nın prestijini yenidən sarsıtdı. Çünki 1970-ci illərdə verilən proqnozlarda SSRİ-nin 10 ildən sonra ABŞ-dan üstün olacağı deyilmişdi, amma nəticə tam əksi oldu. 1990-cı illərdə CIA-nın büdcəsi 600 milyon dollar azaldıldı, 30-dan çox xarici baza bağlandı, əməkdaşların sayı 5 min nəfər azaldıldı. Bu zəifləmə CIA-nı gələcək böhranlar qarşısında hazırlıqsız qoydu.

    1998-ci ildə direktor Corc Tenet xəbərdarlıq etmişdi ki,:“Əgər kəşfiyyatın informasiya toplama və təhlil sistemində əsaslı dəyişikliklər edilməsə, ABŞ yaxın zamanda fəlakətli uğursuzluq yaşayacaq”.

    İraq prioriteti və Əfqanıstanın kölgədə qalması

    1998-ci ildə Keniyada və Tanzaniyada ABŞ səfirliklərinə edilən hücumlar Əl-Qaidənin qlobal gücünü göstərdi. Amma 1999-cu ildə Serbiyada Çin səfirliyinin səhvən bombalanması Klinton administrasiyasının CIA-ya etimadını sarsıtdı. Nəticədə Əfqanıstana qarşı yeni əməliyyatlar dayandırıldı.

    2001-ci ilin əvvəlində hakimiyyətə gələn Buş administrasiyası isə əsas diqqəti İraqa yönəltdi. Çeyni və Ramsfeld kimi köhnə respublikaçılar CIA-nın xəbərdarlıqlarına şübhə ilə yanaşırdı. İraq məsələsi Milli Təhlükəsizlik Şurasında mütəmadi müzakirə olunur, Səddamın devrilməsi ABŞ-ın Yaxın Şərqə hakim olmasının açarı sayılırdı.

    11 Sentyabr və Əfqanıstan müharibəsi

    2001-ci il 11 sentyabr hücumlarından sonra CIA və Pentaqon dərhal cavab planları hazırladı. Əfqanıstanda Talibanı devirmək və Bin Ladeni tutmaq üçün Şimal İttifaqına pul və silah verildi. ABŞ diplomatiyadan istifadə etməyi rədd etdi. Prezident Buş dedi ki, :“Diplomatiyaya ehtiyac yoxdur, biz müharibəyə gedirik”.

    Taliban rejimi tez bir zamanda devrildi. Amma sual açıq qaldı: “Sonra nə olacaq?” Dövlət Departamentində Riçard Haas deyirdi:“Biz Taliban devrildikdən sonra nə edəcəyimizi bilmirdik”.

    Hətta ABŞ tərəfindən dəstəklənən prezident Həmid Kərzay Talibanla barışıq istədikdə, müdafiə naziri Ramsfeld etiraz etdi. ABŞ-ın məqsədi barış deyil, müharibəni davam etdirmək idi.

    Nəticədə savaş 20 ilə yaxın uzandı və yalnız 2020-ci ildə Dohada Talibanla razılaşma əldə olundu. 2021-ci ildə ABŞ-ın xaotik şəkildə geri çəkilməsi isə Vyetnamın Sayqonundan qaçışı xatırlatdı.

    Kəşfiyyatın iflası

    Müharibədən sonra bir çox amerikalı rəsmilər CIA-nı uğursuzluqda ittiham etdi. Corc Buşun müşaviri Stiven Hadli “Əfqanıstan hökumətindəki korrupsiya Taliban üçün ən güclü təbliğat vasitəsi idi”- dedi.

    Tim Viner isə yazır:

    “CIA milyonlarla dolları nağd şəkildə payladı, bahalı avtomobillər və avadanlıqlar verdi. Amma əslində nə baş verdiyini və gələcəkdə nə etmək lazım olduğunu anlamadı. Nəticə sıfır oldu”.

    Keçmiş müdafiə naziri və CIA direktoru Robert Qeyts də etiraf edirdi:

    “11 sentyabr zamanı biz Əl-Qaidə haqqında çox az şey bilirdik. Ona görə də işgəncə ilə dindirmələrə, kəskin tədbirlərə əl atıldı. Əgər yaxşı məlumat bazamız olsaydı, bunlara ehtiyac olmazdı”.

    Beləliklə, CIA-nın əsas missiyası – düşməni tanımaq və önləmək – uğursuzluğa düçar oldu.

    ABŞ Əfqanıstanda 20 ilə yaxın müddətdə yüz milyardlarla dollar xərclədi, minlərlə əməliyyat apardı, Taliban liderlərini öldürdü, Əl-Qaidə üzvlərini təqib etdi. Amma bütün bu taktiki uğurlar strateji məğlubiyyəti gizlədə bilmədi. Avqust 2021-də Taliban bir neçə gün ərzində yenidən hakimiyyətə qayıtdı.

    Bu, ABŞ kəşfiyyatının tarixi uğursuzluqlarına yeni bir səhifə əlavə etdi və böyük gücün XXI əsr müharibələrində öz sərt gücünü qalıcı siyasi nəticələrə çevirə bilmə qabiliyyətini ciddi sual altına aldı.

    #Meksika körfəzi dəniz #Donuzlar körfəzi əməliyyatı #Donuzlar körfəzi əməliyyatı tarixi #CİA #SSRİ #Military Review #Missiya: XXI əsrdə Amerika kəşfiyyatı #Əfqanıstan savaşı #Riçard Helms #Həmid Kərzay
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gün Kennedi Kubaya gizli blokada planı hazırladı

    20 Oktyabr 2025 05:00

    Bu gün SSRİ “Vosxod-1” adlı kosmik gəmini fəzaya buraxdı

    12 Oktyabr 2025 05:00

    Bu gün Fidel Kastro kubalılara adanı tərk etməyə icazə verdi

    28 Sentyabr 2025 12:00

    Tarixdə bu gün - 26 sentyabr

    26 Sentyabr 2025 00:05

    11 Sentyabr hücumlarından 24 il sonra… Xalid Şeyx Məhəmməd və başqaları hələ də məhkəməni gözləyirlər

    10 Sentyabr 2025 23:00

    Qolda Mayer kimdir?

    7 Sentyabr 2025 17:50

    Azərbaycan və Ermənistan SSRİ dövrünün sərhədlərini tanıyırlar

    11 Avqust 2025 17:26

    Meksikada üzərinə "CIA" yazılı vəsiqə olan silahlı ABŞ vətəndaşı saxlanılıb

    6 İyul 2025 12:58

    Google beynəlxalq sərhədlərə hörmət etməlidir - Meksika prezidenti

    10 May 2025 10:50

    Sosial şəbəkələr casusluğun yeni cəbhəsi olub

    2 May 2025 10:47

    Tarixdə bu gün – 16 Aprel

    16 Aprel 2025 00:02

    ABŞ-in diqqəti Meksika körfəzindədir

    23 Yanvar 2025 10:23
    Demo
    XƏBƏR LENTİ

    Bakıda Malayziya Təhsil Sərgisi keçiriləcək

    Tramp Kimlə görüşməyəcək – Buna onun vaxtı yoxdur

    Bölgəsində lider, dünyada nüfuzlu Türkiyəni birlikdə inşa edəcəyik - Ərdoğan

    Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Respublika Günü ilə bağlı paylaşım edib

    Qarabağ klubu Türkiyənin Respublika Gününü təbrik edib

    Türkmənistan jurnalında səfir Qismət Gözəlovun Azərbaycan-Türkmənistan münasibətlərinə dair məqaləsi dərc olunub

    Məktəblərdə intizam problemləri: səbəblər və çıxış yolları

    Türkiyədən Fransaya hazır geyim ixracı azalıb (ÖZƏL)

    Türkiyə müdafiə sahəsində tarixi dönüş nöqtəsindədir - Yunan mətbuatı

    Bakıda “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfrans keçiriləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.