Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    HƏMAS dəyişir: Müqavimətdən cihadçı ritorikaya

    4 Aprel 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    HƏMAS hərəkatının liderlərindən Sami Əbu Zührinin xaricdə əməliyyatlar həyata keçirmək çağırışı, hərəkatın artıq son kartlarını ortaya qoymağa hazırlaşdığını göstərən bir göstəricidir.Ən azından bir çox soyasi analitiklər bu fikirdədirlər. Bu çağırışın arxasında Qəzza zolağında hakimiyyətini davam etdirmək ümidinin tükənməsi, İsrailin hərəkatın hərbi strukturlarını tamamilə dağıtmaq niyyətinin aydın şəkildə ortaya çıxması və Fələstin əhalisi arasında baş qaldıran HƏMAS əleyhinə xalq etirazları dayanır.

    Əbu Zühri bazar ertəsi günü belə deyib: “Dünyanın harasında olursa olsun, silah daşıya bilən hər kəsi hərəkətə keçməyə çağırıram.” Bu, ABŞ prezidenti Donald Trampın fələstinlilərin Qəzzadan çıxarılmasını nəzərdə tutan planına qarşı çıxmaq məqsədi daşıyır. O, İsrail baş naziri Benyamin Netanyahunun HƏMAS liderlərinə silahı yerə qoymaq və Qəzzanı tərk etmək çağırışına münasibət bildirərək: “Bu, o deməkdir ki, müharibənin məqsədi Trampın köçürülmə planını həyata keçirməkdir… Bu şeytani plana qarşı dünyanın hər yerində silah daşıya bilən hər kəs hərəkətə keçməlidir”-deyib.

    Bu kontekstdə İsrailin Milli Təhlükəsizlik Şurası çərşənbə axşamı xəbərdarlıq yayıb. Bildirilir ki, HƏMAS da daxil olmaqla “terror” qrupları, Pasxa bayramı tətili müddətində xaricdəki yəhudi və israilli hədəflərə hücum etməyə çalışa bilər”.İSrail rəsmiləri hesan edir ki, Bu xəbərdarlıq HƏMAS ilə onu doğuran ana təşkilat — Müsəlman Qardaşları (İxvan) arasında ideoloji və fəaliyyət baxımından dərin bağların mövcudluğuna işarə edir. Onların fikrincə HƏMAS iddia etdiyi kimi, milli güclərlə əməkdaşlığa deyil, təşkilatın maraqlarını ön plana çəkən radikal strategiyalara üstünlük verir.

    Bəzi ərəb ekpertlər hesab edir ki,Misirdə və digər ölkələrdə Müsəlman Qardaşları təşkilatı da, HƏMAS-dan əvvəl, siyasi hakimiyyəti itirdikdən sonra şiddətə və meyl göstərmişdir. 2013-cü ilin iyunundakı inqilabdan sonra, bu təşkilat üzvlərinin və HƏMAS-dan ayrılmış şəxslərin Misir ordusuna və dövlət strukturlarına qarşı zorakı hərəkətlərdə iştirak etdiyi iddia edilir.

    Londonda yayımlanan “Əl-Ərəb” qazetinin məlumatına əsasən isə, HƏMAS-ın indiki yanaşması — israilliləri deyil, yəhudiləri hədəfə almağa çağıran və xaricdəki mülki hədəfləri nişan alan əməliyyat tərzi — onun tarixi müqavimət xəttindən uzaqlaşmasını, təşkilatın öz maraqlarını Fələstin məsələsinin üzərinə qoyduğunu göstərir.

    “Bu İxvanın beynəlxalq təşkilat modelinin və ideoloqlarının təsirini güclü şəkildə əks etdirir.Bu, ilk dəfə deyil ki, İxvan təşkilatının bir qolu, ağır siyasi məğlubiyyətdən sonra radikal taktika tətbiq edir.İxvan, siyasi dialoq qabiliyyətini itirdikdən sonra saf radikalizmi mənimsəmiş və praktiki olaraq siyasi islamın məğlubiyyətini zorakı taktikalarla ört-basdır etməyə çalışmışdır.Siyasi islamın bu şəkildə zorakılığa yönəlməsi, siyasətdə tam ümidsizlik yaşadıqlarını və gələcəkdə siyasi rol oynamaq ümidlərinin qalmadığını göstərir. HƏMAS-ın hazırkı vəziyyəti göstərir ki, hərəkat Qəzzadakı siyasi rolunun bitməsindən sonra “Əl-Qaidə” kimi təşkilatların üslubunda xaricdə partlayışlar və sui-qəsdlər təşkil etməyi planlaya bilər.

    Müsəlman Qardaşlarının və onun regional qollarının "təxirə salınmış fövqəladə plan" adlandırılan yanaşması mövcuddur. Bu plan təşkilat qurucusu Həsən əl-Bənnanın ideyalarına əsaslanaraq deyir ki, əgər siyasi vasitələrlə hakimiyyət əldə etmək mümkün deyilsə, maksimum zorakılıq tətbiq edilməlidir” ”-deyə qəzet eddia edir.

    #Fələstin #HƏMAS #HƏMAS və Hizbullah əlaqələri #İsrail və HƏMAS müharibəsi #İran və HƏMAS əlaqələri #Qəzzanın bərpası 2025 #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #Hizbullah və Qəzza həmrəyliyi #Qəzza böhranı və Qərbin mövqeyi #7 Oktyabr HƏMAS hücumu #HƏMAS-ın qəfil hücumu #HƏMAS İsrailə necə hücum etdi? #HƏMAS-ın girovlarla bağlı siyasəti #HƏMAS və İsrail münaqişəsi #Həmasın təşkilati strukturu #Xalq HƏMAS-ın uzaqlaşdırılmasını istəyir #HƏMAS-ın raket atışları təxliyələrə səbəb olur #İsrailin HƏMAS-a qarşı siyasəti #HƏMAS və İsrail #HƏMAS radikallaşması #HƏMAS və Müsəlman Qardaşları əlaqəsi #Sami Əbu Zührinin çağırışı #HƏMAS xarici əməliyyatları #İsrail və HƏMAS qarşıdurması #Qəzza siyasi vəziyyət #Fələstin müqavimət hərəkatı #Donald Tramp və Fələstin planı #Benyamin Netanyahu HƏMAS siyasəti #Əl-Qaidə ilə HƏMAS arasında oxşarlıq #Siyasi islamın radikallaşması #İxvanın beynəlxalq şəbəkəsi #HƏMAS-ın gələcək strategiyası #HƏMAS Qəzzanı itirirmi? #HƏMAS niyə radikallaşır? #HƏMAS və Müsəlman Qardaşları arasında nə əlaqə var? #HƏMAS siyasi gücünü itiribmi?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailin Qəzzaya hücumlarında həlak olanları sayı 71 minə çatır

    22 Dekabr 2025 15:44

    ABŞ, Qətər, Misir və Türkiyə Qəzzada təmkinli olmağa çağırır

    21 Dekabr 2025 13:12

    Türkiyə və Fələstin arasında yeni ticarət anlaşması təsdiqləndi

    19 Dekabr 2025 10:33

    Qəzzada humanitar əməliyyatlar çökə bilər - BMT

    18 Dekabr 2025 11:30

    Qəzzada humanitar böhran dərinləşir soyuqdan ölənlərin sayı 17-yə çatıb

    17 Dekabr 2025 14:15

    İsrail BMT qərarlarını pozmağa davam edir və Qəzzadakı müharibəni dayandırmayıb - Fələstin

    17 Dekabr 2025 10:20

    Qəzzada soyuqdan bir körpə daha həlak olub

    16 Dekabr 2025 15:54

    ABŞ Netanyahuya Qəzza və regional siyasətə görə sərt mesajlar ünvanlayıb

    16 Dekabr 2025 14:41

    Sudan yenidən dünyanın ən ağır humanitar böhranı olan ölkəsi seçilib

    16 Dekabr 2025 10:10

    Qəzzanın bərpası üçün 70 milyard dollar tələb olunur

    15 Dekabr 2025 12:53

    Türkiyənin Qəzzada nizamlanma ilə bağlı mövqeyinin dəyişməz olaraq qalır - Ərdoğan

    14 Dekabr 2025 21:42

    İsrailin öldürdüyünü elan etdiyi “Qəssam” rəhbəri haqqında nə bilinir?

    14 Dekabr 2025 10:03
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib

    Muzey Mərkəzində təsviri sənət üzrə Milli motivlər adlı ustad dərsi keçirilib

    Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

    İran İraqa təbii qaz tədarükünü tam dayandırıb

    Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib

    Türkiyənin Fələstinə dəstəyini heç nə dayandıra bilməz - Duran

    Türk Mədəniyyəti və İrsi Fondu Beynəlxalq Əməkdaşlığını genişləndirir: Seulda UNESCO nəzdində fəaliyyət göstərən ICHCAP ilə Memorandum imzalanıb

    Prezidenti İlham Əliyev Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hotelinin açılışında iştirak edib

    Türkiyə şirkətləri Qarabağa xüsusi maraq göstərir – tikinti, turizm və kənd təsərrüfatı sürətlə genişlənir - TÜİB sədri (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.