Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Əfqanıstanda güclü zəlzələdə 800 nəfər həlak olub

    2 Sentyabr 2025 09:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Əfqanıstanda Pakistan sərhədinə yaxın yerləşən Kunar vilayətində 31 avqustda 6 bal gücündə zəlzələ baş verib.

    AzerVoice xəbər verir ki, yer səthindən 8 kilometr dərinlikdə qeydə alınan zəlzələdə 800-dən çox insan həlak olub, 3 mindən çox insan isə yaralanıb. Əsas zəlzələdən sonra ən azı doqquz afterşok (təkrar zəlzələ) baş verib. Ən güclüsü 5.2 bal olan bu afterşoklar gecə boyu təşvişə səbəb olub.

    Kunar Təbii Fəlakətlərin İdarəolunması İdarəsi bildirib ki, Nur Qol, Soki, Vatpur, Manogi və Çapədarə rayonları zəlzələdən ən çox zərər görən bölgələrdir. Əfqanıstan Müdafiə Nazirliyi axtarış-xilasetmə işləri üçün azı 40 hava dəstəyi uçuşunun həyata keçirildiyini açıqlayıb. Taliban rəsmiləri və Birləşmiş Millətlər Təşkilatı da ciddi zərər görmüş ərazilərdə axtarış-xilasetmə əməliyyatlarına başlayıb. Nəqliyyatın çətin olduğu dağlıq ərazilərdə kəndlilər dağıntıların aradan qaldırılmasına öz imkanları ilə qoşulublar. Əfqanıstanda əhalinin böyük hissəsi uçma təhlükəsi olan bir və ya iki mərtəbəli, palçıqdan tikilmiş evlərdə yaşayır. Əfqanıstan aktiv fay xətləri üzərində yerləşdiyi üçün tez-tez dağıdıcı zəlzələlərlə üzləşir. 2023-cü ildə baş vermiş 6.3 bal gücündə zəlzələdə azı 2 min insan həyatını itirmişdi.

    #Pakistan #zəlzələ #Əfqanıstan #SeysmikFəaliyyət #Zəlzələ Xəbərləri #Zəlzələ diplomatiyası #Kəşmir zəlzələsi 2005 #Zəlzələlərin siyasi təsiri #seysmik hadisələr #Seysmik aktivlik #zəlzələ fay xətti #uşaqlarda zəlzələ qorxusu #zəlzələ sonrası layihələr #seysmik risk #Zəlzələ xəbəri #6 bal gücündə zəlzələ
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə Ərəbistanının Şərq bölgəsində zəlzələ baş verib

    17 Dekabr 2025 15:26

    Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib

    15 Dekabr 2025 14:19

    İstanbul üçün ciddi xəbərdarlıq - Zəlzələlər şəhərə doğru addım-addım irəliləyir

    13 Dekabr 2025 13:59

    Yaponiya sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

    12 Dekabr 2025 09:10

    İran Pakistan və Əfqanıstan danışıqlarına vasitəçilik edəcək

    11 Dekabr 2025 12:39

    Balıkesirdə 4,9 bal gücündə zəlzələ baş verib

    11 Dekabr 2025 11:31

    Türkiyədə 4,2 bal gücündə zəlzələ olub

    9 Dekabr 2025 16:56

    Azərbaycanla Pakistan arasında mədəni əməkdaşlıq müzakirə olunub

    9 Dekabr 2025 16:25

    Türkiyədə 4,9 bal gücündə zəlzələ olub

    8 Dekabr 2025 14:51

    Antalyada 4,3 bal gücündə zəlzələ olub

    8 Dekabr 2025 09:39

    Pakistan - Əfqanıstan sərhədində yenidən gərginlik yaranıb

    6 Dekabr 2025 13:05

    Ərəb və müsəlman ölkələri Qəzza sakinlərinin Misirə köçürülməsi planı ilə bağlı narahatdır

    6 Dekabr 2025 10:17
    Demo
    XƏBƏR LENTİ

    Sərhədləri aşan baxış: Türkiyə kəşfiyyat qaydalarını yenidən yazır

    Özbəkistan nümayəndə heyəti Şuşa şəhəri ilə tanış olub

    Türkiyənin Güllük limanı 5 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    İsrail döyüş təyyarələri Livanın cənub və şərq bölgələrinə hava zərbələri endirib

    TDT çərçivəsində əməkdaşlıq dezinformasiyaya qarşı kollektiv mübarizə üçün möhkəm zəmin yaradır - Əhməd İsmayılov

    Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək

    Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir

    Azərbaycandan Ermənistana 22 vaqon Aİ-95 markalı benzin yola salınıb

    Türkiyədən Özbəkistana tekstil ixracı azalıb (ÖZƏL)

    Türkiyənin müdafiə və aviasiya sənayesi ixracı 8,5 milyard dollara çatıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.