Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türk bayrağına edilən hücuma Türkiyədən sərt reaksiya verilib

    20 Yanvar 2026 18:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyənin dövlət rəmzi olan bayrağa qarşı həyata keçirilən hücum rəsmi Ankara tərəfindən açıq təxribat kimi qiymətləndirilib.

    AzerVoice xəbər verir ki, Nusaybin–Qamışlı sərhəd xəttində, Suriya tərəfində terror təşkilatı YPG tərəfdarları tərəfindən Türk bayrağına qarşı hücum həyata keçirilib. Hadisə Türkiyənin terrorla mübarizə siyasətini hədəf alan açıq provokasiya kimi dəyərləndirilib.

    Qazaxıstan parlamenti ləğv edilərək Qurultay adı altında vahid palatada birləşdirilir

    OXU

    Məlumata görə, PKK/YPG simpatizanlarından ibarət bir qrup Suriyadakı prosesləri bəhanə gətirərək Türkiyənin viza müraciət mərkəzinə hücum edib. Hücum zamanı bina daşlanıb, bəzi şəxslər binanın fasadına qalxaraq Türk bayrağına çatmağa və ona zərər verməyə cəhd göstərib.

    Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran sosial şəbəkədə yaydığı açıqlamada bildirib ki, Türk bayrağına edilən bu hücum millətin huzuruna və dövlətin təhlükəsizliyinə yönəlmiş açıq təxribatdır. O vurğulayıb ki, Türkiyə Respublikasının təhlükəsizliyinə və müqəddəs dəyərlərinə qarşı yönələn heç bir hücum cavabsız qalmayacaq. Duran qeyd edib ki, hadisə ilə bağlı dərhal araşdırma başlanılıb və hücumun icraçıları, eləcə də arxasında duran strukturlar hüquq dövləti prinsipləri çərçivəsində məsuliyyətə cəlb olunacaq.

    AK Partiyanın sədr müavini və partiya sözçüsü Ömer Çelik də hadisəyə sərt reaksiya verib. O bildirib ki, Türk bayrağına qarşı edilən hücum bütün milli dəyərlərə qarşı yönəlmiş alçaq təxribatdır və bu cür əməllərin mütləq cavabı veriləcək. Çelik vurğulayıb ki, bayraq millətin şərəf və birliyinin simvoludur və ona uzanan əllər bunun bədəlini ödəyəcək.

    Rəsmi qurumlar hadisənin Türkiyənin “terrorsuz Türkiyə” hədəfini sabotaj etməyə yönəlmiş cəhd olduğunu bildirir və dövlətin bu kimi təxribatlara qarşı qətiyyətli mövqeyinin dəyişməz qalacağını vurğulayır.

    #v #YPG tərəfdarlarının bayrağa hücumu təxribat adlandırıldı #Ankara: Heç bir hücum cavabsız qalmayacaq #Türk bayrağına qarşı təxribatla bağlı araşdırma başladı #Türkiyə PKK/YPG hücumuna sərt cavab verəcək #Dövlət rəmzinə hücum: Rəsmi Ankaradan qəti mesaj #Türk bayrağına alçak saldırı #Türkiye’den YPG provokasyonuna sert tepki #Bayrağa saldırı cezasız kalmayacak #PKK/YPG yandaşlarının provokasyonu #Ankara’dan kararlı mesaj #Devlet sembolüne saldırıya sert karşılık
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gün I Pyotr vəfat etdi

    8 Fevral 2026 03:00

    Hindistan Rusiyadan neft idxalını dayandıracaq - Tramp

    2 Fevral 2026 21:52

    Qastronomiya turizmi üzrə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir

    30 Yanvar 2026 12:03

    “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində həssas qruplar üçün yeni iş yerlərinin yaradılmasına başlanılıb

    28 Yanvar 2026 16:22

    Geo-iqtisadi qarşıdurma dünyanın əsas təhlükəsinə çevrilib

    14 Yanvar 2026 19:06

    Suriya SDQ geri çəkilərkən stratejik körpüləri partladır

    14 Yanvar 2026 04:00

    Ağ Ev ilə Rza Pəhləvi arasında gizli görüş keçirilib - ABŞ KİV

    13 Yanvar 2026 23:35

    İranda nə baş verir?

    12 Yanvar 2026 09:00

    “Putin Trampı yorub?” — Vaşinqton Rusiyaya qarşı sərt addımlar atır

    10 Yanvar 2026 18:43

    Petro Trampın hədələri fonunda Kolumbiyanı müdafiə edəcəyini bəyan edib

    5 Yanvar 2026 20:48

    Yeni pullar Suriyanın maliyyə gələcəyinə necə təsir edəcək?

    5 Yanvar 2026 04:00

    Yalovada İŞİD üzvünün cənazəsini ailəsi qəbul etməyib

    2 Yanvar 2026 19:09
    XƏBƏR LENTİ

    2018-2025-ci illərdə Nazirlik tərəfindən işlə təmin edilənlərin illik sayı 3,6 dəfə artıb

    Prezident İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

    Sosial xidmət müəssisəsinin sakinləri yeniyetmələrin ölkə çempionatında II yerə çıxıblar

    Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib

    DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 920-dən çox benefisiara xidmət göstərilib

    Yanvarda Səudiyyə–Türkiyə marşrutu üzrə 167 min tondan çox yük daşınıb (ÖZƏL)

    İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi

    Prezident İlham Əliyev Almaniyaya rəsmi səfər edib

    Saxlanılan icra başçısının həbs müddəti uzadıldı

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.