Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Ağ Ev ilə Rza Pəhləvi arasında gizli görüş keçirilib - ABŞ KİV

    13 Yanvar 2026 23:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    BŞ mediasında yayılan məlumatlara görə, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff Rza Pəhləvi ilə gizli görüş keçirib. İddia İranda davam edən kütləvi etirazlar və Vaşinqtonun etirazçılara açıq dəstək bəyanatları fonunda gündəmə gəlib.

    AzerVoice xəbər verir ki, görüş qeyri-rəsmi formatda baş tutub və onun detalları açıqlanmayıb. Ağ Ev rəsmiləri və Rza Pəhləvinin tərəfi məsələ ilə bağlı rəsmi şərh verməyib.

    İranda dekabrın 28-dən başlayan və qısa müddətdə ölkə üzrə yayılan etiraz aksiyaları fonunda ABŞ Prezidenti Donald Tramp etirazçılara dəstək mesajları verib. O, sosial mediada yayımladığı paylaşımda “yardımın yolda olduğunu” bildirib və rəsmi Tehranla əlaqələri müvəqqəti dayandırdığını bəyan edib.

    Bu proses fonunda uzun illərdir ABŞ və Avropada yaşayan Rza Pəhləvinin adı yenidən gündəmə gəlib. O, etirazları açıq şəkildə dəstəkləyərək, İran xalqının çağırışı olacağı təqdirdə ölkəyə qayıtmağa hazır olduğunu bildirib.

    Rza Pəhləvi son günlərdə yayımladığı bəyanatlarda etirazların İslam Respublikasının maliyyə və idarəetmə mexanizmlərini zəiflədəcəyini iddia edib. O, kütləvi etirazların davam edəcəyi təqdirdə mövcud hakimiyyətin ciddi təzyiq altında qalacağını vurğulayıb.

    Pəhləvi həmçinin “milli dəyişiklik mərhələsinin yaxınlaşdığına” inandığını və bu prosesin kulminasiya nöqtəsində İran xalqı ilə birlikdə ölkədə olmağı planlaşdırdığını bildirib.

    Analitiklərin fikrincə, ABŞ nümayəndəsi ilə Rza Pəhləvi arasında mümkün təmaslar Vaşinqtonun İrandakı proseslərə dair alternativ siyasi ssenariləri nəzərdən keçirdiyini göstərə bilər. Bununla belə, qeyd olunur ki, hazırkı mərhələdə bu cür iddialar rəsmi təsdiqini tapmayıb və ehtiyatla qiymətləndirilməlidir.

    Reza Pahlavi US contacts, White House Iran opposition, Iran unrest political scenarios, US covert diplomacy Iran

    #v #ABŞ mediası: Ağ Ev Rza Pəhləvi ilə gizli təmas qurub #Vaşinqton–Rza Pəhləvi iddiası gündəmdə #İrandakı etirazlar fonunda Ağ Evdən gizli görüş iddiası #ABŞ nümayəndəsi ilə Rza Pəhləvi arasında təmas xəbəri #Rza Pəhləvi və Ağ Ev: yeni siyasi ssenari? #Rıza Pehlevi–Beyaz Saray iddiası gündemde #İran protestoları sürerken gizli görüşme iddiası #ABD temsilcisi Rıza Pehlevi ile temas kurdu mu? #Washington’dan İran için yeni senaryo iddiası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gün I Pyotr vəfat etdi

    8 Fevral 2026 03:00

    Hindistan Rusiyadan neft idxalını dayandıracaq - Tramp

    2 Fevral 2026 21:52

    Qastronomiya turizmi üzrə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir

    30 Yanvar 2026 12:03

    “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində həssas qruplar üçün yeni iş yerlərinin yaradılmasına başlanılıb

    28 Yanvar 2026 16:22

    Türk bayrağına edilən hücuma Türkiyədən sərt reaksiya verilib

    20 Yanvar 2026 18:31

    Geo-iqtisadi qarşıdurma dünyanın əsas təhlükəsinə çevrilib

    14 Yanvar 2026 19:06

    Suriya SDQ geri çəkilərkən stratejik körpüləri partladır

    14 Yanvar 2026 04:00

    İranda nə baş verir?

    12 Yanvar 2026 09:00

    “Putin Trampı yorub?” — Vaşinqton Rusiyaya qarşı sərt addımlar atır

    10 Yanvar 2026 18:43

    Petro Trampın hədələri fonunda Kolumbiyanı müdafiə edəcəyini bəyan edib

    5 Yanvar 2026 20:48

    Yeni pullar Suriyanın maliyyə gələcəyinə necə təsir edəcək?

    5 Yanvar 2026 04:00

    Yalovada İŞİD üzvünün cənazəsini ailəsi qəbul etməyib

    2 Yanvar 2026 19:09
    XƏBƏR LENTİ

    Böyük şeytanın gözü İranın sərvətlərindədir... "Sülh qarşılığında neft"?

    Alim Nəbiyevdən ardıcıl üçüncü qələbə

    Se7en - Yeddi günahın qanlı izi

    Aeroport şosesində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq

    Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    Hörmüz boğazı bağlandı: Tehran və Moskvadan ABŞ-a hərbi mesaj - dəniz təlimləri başlayır

    Baltik dənizində mənfi 5 dərəcədə uçuş: Bayraktar TB3 NATO təlimində uğurla sınaqdan keçib

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    Türkiyənin Aliağa limanı 2026-cı ilin yanvarında 6 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.