Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Sülh planının 90 faizi üzrə razılıq əldə olunub - Zelenski

    29 Dekabr 2025 09:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice, Nailə Babazadə

    Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşündən sonra sülh planının bütün aspektlərinin müzakirə edildiyini bildirərək, “(Sülh planının) bunun 90 faizi üzrə razılıq əldə olunub,” dedi.

    AzerVoice xəbər verir ki, Zelenski Trampla Florida ştatındakı Mar-a-Laqo malikanəsində keçirilən görüşdən sonra birgə mətbuat konfransında açıqlamalarla çıxış edib.

    Bütün mövzularda səmərəli görüş keçirdiklərini bildirən Zelenski, ABŞ və Ukrayna komandaları arasında əldə olunan irəliləyişdən məmnunluğunu ifadə edib.

    "20 maddədən ibarət sülh planımız var və bunun 90 faizi üzrə razılaşma əldə olunub. ABŞ və Ukrayna arasında təhlükəsizlik təminatları 100 faiz qəbul edilib. ABŞ, Avropa və Ukraynanın təhlükəsizlik təminatları isə demək olar ki, tam razılaşdırılıb. Hərbi ölçü 100 faiz qəbul olunub. Rifah planı isə son mərhələyə gətirilib." - deyə Zelenski qeyd edib.

    Daimi sülhün təmin olunmasında təhlükəsizlik təminatlarının “açar məqam” olduğunu vurğulayan Zelenski, Avropa liderləri ilə aparılan telefon danışıqlarının “səmərəli” keçdiyini bildirib.

    “Yaxın həftələrdə komandalarımızın müzakirə olunan bütün mövzuları yekunlaşdırmaq üçün bir araya gəlməsi barədə razılığa gəldik. Bundan əlavə, yanvar ayında, ehtimal ki, Vaşinqtonda Avropa liderlərinin və Ukrayna nümayəndə heyətinin iştirakı ilə Prezident Trampın ev sahibliyi edəcəyi bir görüşün keçirilməsi barədə də razılıq əldə etdik.” - deyə o vurğulayıb.

    Ukraynanın sülhə hazır olduğunu bildirən Zelenski, 20 maddəlik planda komandaların nəticəyə çox yaxınlaşmasını görməkdən məmnun olduğunu dedi.

    Zelenski Ukrayna komandalarının işi davam etdirdiyini qeyd edərək, bu tempdə davam edərsə, yanvar ayında 6 sənəd üzrə qərara gələcəklərinə ümid etdiklərini bildirdi.

    Mümkün referendumun keçirilməsi üçün çoxlu sayda ukraynalının Avropada olduğuna diqqət çəkən Zelenski, ilk növbədə zəruri infrastrukturun qurulmasının vacib olduğunu və bunun asan bir proses olmadığını vurğuladı.

    #Volodimir Zelenski #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Rusiya-Ukrayna müharibəsi #Rusiya-Ukrayna müharibəsinin sonu #Tramp və Zelenski qarşıdurması #Tramp Zelenski münasibətləri 2025 #Tramp Zelenskiyə qarşı #Zelenski Tramp gərginliyi #Rusiya qoşunlarının Ukraynadan dərhal çıxarılması #Zelenski və Tramp nadir metallar razılaşması #Zelenski və Donald Tramp görüşü #Ukrayna Rusiya müharibəsində vasitəçi #Rusiya Ukrayna danışıqları #Rusiya Ukrayna sülh təşəbbüsü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Donald Tramp və Volodimir Zelenski arasında görüş başlayıb

    28 Dekabr 2025 23:00

    Zelenski yeni hücumlar fonunda Avropa liderləri ilə danışıqlar aparacaq

    27 Dekabr 2025 17:34

    Polşada iki hava limanı fəaliyyətini bərpa edib

    27 Dekabr 2025 14:30

    Atəşkəs olması şərtilə sülh planını referenduma çıxarmağa hazırıq - Zelenski

    27 Dekabr 2025 11:39

    Rusiya-Ukrayna müharibəsinin tez başa çatmasını istəyirik - Ceyhun Bayramov

    26 Dekabr 2025 17:31

    Tramp və Zelenski 28 Dekabrda Floridada sülh planını müzakirə edəcək

    26 Dekabr 2025 17:26

    Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib - XİN rəhbəri

    26 Dekabr 2025 16:27

    Zelenski ABŞ Prezidenti Trampla görüşmək üçün razılıq əldə etdiklərini açıqlayıb

    26 Dekabr 2025 13:01

    Papa XIV Leo Milad münasibətilə dünya üzrə 24 saatlıq atəşkəs çağırışı edib

    24 Dekabr 2025 10:08

    Putinin xüsusi nümayəndəsi ABŞ-a gedib

    20 Dekabr 2025 11:29

    İtaliya Baş naziri Meloni Aİ Zirvəsinin nəticələrindən məmnunluğunu açıqlayıb

    19 Dekabr 2025 14:02

    Zelenski Avropa İttifaqına 90 milyard avroluq kreditə görə təşəkkür edib

    19 Dekabr 2025 11:45
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Türkmənistana dəri ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    NFC ödənişləri bütün avtobus marşrutlarında aktivləşdirilib

    Nə üçün Hizbullah silahları dövlətə təhvil verməkdən imtina edir ?

    İran və Səudiyyə Ərəbistanı XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

    Sülh planının 90 faizi üzrə razılıq əldə olunub - Zelenski

    Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

    Türkiyə limanları ilə 83 milyon tondan çox neft məhsulları daşınıb (ÖZƏL)

    Yuxuda Fil Görmək

    ABŞ ordusu hindu qətliamı törətdi

    Tarixdə bu gün – 29 Dekabr

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.