Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Almaniyanın silah və hərbi texnika ixracı 2025-ci ildə azalıb

    29 Dekabr 2025 15:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Almaniyanın silah və hərbi material ixracının həcmi 2025-ci ildə Ukraynaya göstərilən hərbi yardımın azalması fonunda təxminən 8,40 milyard avroya enib.

    AzerVoice xəbər verir ki, Alman Xəbər Agentliyinin (DPA) məlumatına görə, Sol Partiyanın sorğusuna cavab verən Almaniya İqtisadiyyat Nazirliyi hökumətin bu ilin 8 dekabr tarixinədək 8,40 milyard avro dəyərində silah və hərbi material satışına icazə verdiyini açıqlayıb.

    Məlumata əsasən, Almaniyanın silah ixracı 2023-cü ildə 12,15 milyard avro, 2024-cü ildə isə 13,33 milyard avro ilə rekord səviyyəyə çatmışdı. 2025-ci ildə isə bu göstəricidə nəzərəçarpacaq azalma qeydə alınıb.

    Nazirliyin cavabında Rusiyaya qarşı müharibə aparan Ukraynaya edilən silah ixracındakı kəskin azalma xüsusi vurğulanıb. Berlin administrasiyası bu il Kiyevə 1,14 milyard avro dəyərində silah və hərbi texnika satışına icazə verib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Almaniyanın Ukraynaya silah ixracı 8,15 milyard avro təşkil edib.

    Xristian Birlik (CDU/CSU) və Sosial Demokrat Partiyanın (SPD) yaratdığı və 2025-ci ilin may ayında fəaliyyətə başlayan yeni Alman hökuməti bu il ərzində ümumilikdə 5,39 milyard avro dəyərində silah və hərbi material satışına razılıq verib.

    Məlumata görə, Almaniya bu il ən çox silah və hərbi material ixracını 1,31 milyard avro ilə Norveçə həyata keçirib.

    #Almaniya #silah yardımı #silah satışı #silah #silah tədarükü #silah ixracı #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Silahlanma yarışı #Rusiya-Ukrayna müharibəsi #Rusiya-Ukrayna müharibəsinin sonu #Rusiya qoşunlarının Ukraynadan dərhal çıxarılması #Ukrayna Rusiya müharibəsində vasitəçi #Rusiya Ukrayna danışıqları #Rusiya Ukrayna müharibəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    Danışıqlarda ciddi irəliləyiş əldə olunub - Kiyev

    6 Fevral 2026 09:47

    Rusiya Kiyev və Xarkovu raket və PUA-larla vurdu - Ukrayna

    5 Fevral 2026 12:51

    Berlin-Tehran gərginliyi - İran XİN rəhbəri Mertsin İran siyasətini tənqid etdi

    5 Fevral 2026 10:16

    Səudiyyə Ərəbistanı Almaniya sənayesi üçün strateji bazara çevrilir - Merts

    5 Fevral 2026 09:44

    Avropa İttifaqında Rusiya ilə birbaşa danışıqlar çağırışları güclənir

    5 Fevral 2026 09:39

    “AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib

    3 Fevral 2026 10:09

    Macarıstan Ukraynaya yardım etmiyəcək - Orban

    31 Yanvar 2026 13:43

    Avropa ABŞ gömrük rüsumlarına qarşı özünü qoruya bilər - Merts

    29 Yanvar 2026 17:19

    Qırmızı bülletenlə axtarılan şəxslər Türkiyəyə gətirildi

    28 Yanvar 2026 12:16

    Qrenlandiya böhranı böyüyür - Avropa Trampın təzyiqlərinə qarşı birləşir

    27 Yanvar 2026 21:33

    Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Almaniyanın “Hamburq” klubuna transfer olunub

    24 Yanvar 2026 15:44
    XƏBƏR LENTİ

    Ankara Banqladeşdəki seçki nəticələrini yüksək qiymətləndirib

    Ərdoğan və Sudani arasında telefon danışığı olub

    “Legion Financial” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

    Prezident İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb

    Türkiyənin Avropa Birliyinə ixracı 116 milyard dolları ötüb (ÖZƏL)

    2018-2025-ci illərdə Nazirlik tərəfindən işlə təmin edilənlərin illik sayı 3,6 dəfə artıb

    Prezident İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

    Sosial xidmət müəssisəsinin sakinləri yeniyetmələrin ölkə çempionatında II yerə çıxıblar

    Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib

    DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 920-dən çox benefisiara xidmət göstərilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.