Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə-Suriya sərhədində strateji nəqliyyat xətti bərpa olunur

    9 Dekabr 2025 10:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Suriya sərhədi boyunca uzanan Karkamış–Nusaybin Dəmiryolu Xətti ilə Mardin–Şenyurt arasındakı 350 kilometrlik hissədə aparılan təmir və yaxşılaşdırma işləri sürətlə davam etdirilir.

    AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

    Nazirin sözlərinə görə, ümumi uzunluğu 350 kilometr olan xəttin 325 kilometri Karkamış–Nusaybin, 25 kilometri isə Mardin–Şenyurt istiqamətindən ibarətdir. O bildirib ki, bölgədə vəziyyətin normallaşması ilə sərhəd boyunca uzanan bu strateji xətt yenidən istifadəyə hazırlanır.

    Nazir Uraloğlu qeyd edib ki, uzun illər aparıla bilməyən bütün texniki xidmət və təmir işləri geniş miqyasda həyata keçirilir.

    “Xəttin əsas quruluşunun və üzərindəkı infrastrukturun təmiri, körpü və menfezlərin möhkəmləndirilməsi, həmçinin xətt boyunca ümumi yaxşılaşdırma işləri planlı şəkildə davam etdirilir.” - deyə o qeyd edib.

    O bildirib ki, xətt və stansiya yolları yenidən qurulur, əsas infrastrukturda yaranmış zədələr aradan qaldırılır, üstyapı xüsusi dəmir yolu texnikası ilə yenilənir. Beton və taxta traverslər dəyişdirilir, balast çatışmazlıqları tamamlanır, menfezlər, körpülər və hemzemin keçidlər təmir edilir.
    “Xətt üzərində yerləşən 5 körpünün təmiri və möhkəmləndirilməsi davam edir. 800 metr uzunluğundakı Karkamış körpüsündə də yeniləmə işləri aparılır və burada istifadə olunan 1 472 ədəd xüsusi istehsal traversin dəyişdirilməsi artıq başa çatdırılıb.” - deyə Uraloğlu qeyd edib.

    Nazirlik layihəni 2025-ci ilin sonunda yekunlaşdırmağı planlaşdırır.
    “Xətti 2026-cı ilin ilk rübündə yenidən istismara açmağı planlaşdırırıq.”- deyə Uraloğlu vurğulayıb.

    Onun sözlərinə görə, xəttin yenidən fəaliyyətə başlaması yükdaşımaların həcmini artıracaq, bölgənin nəqliyyat əlaqələrini genişləndirəcək və regional inteqrasiyaya mühüm töhfə verəcək. Karkamış–Nusaybin və Mardin–Şenyurt xətləri, Bölgənin İnkişafı Layihəsi çərçivəsində inşa ediləcək Ovaköy–Nusaybin dəmir yolu ilə birlikdə beynəlxalq yükdaşımalarını gücləndirəcək.

    #Abdulkadir Uraloğlu #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Suriya #dəmir yolu #Türkiyənin Suriya siyasəti #dəmir yolu bağlantısı #Türkiyə sürətli dəmir yolu #Türkiyə-Suriya əməkdaşlığı #2026–2028 dəmir yolu layihələri #Dəmir yolu modernləşdirilməsi #Türkiyə–Suriya sərhədi dəmir yolu #dəmir yolu xətti yenidənqurma #bölgənin inkişafı layihəsi #yükdaşımalar artırılması #Türkiyə nəqliyyat layihəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Alət təhlükəyə çevriləndə: ABŞ niyə kürd amilini kənara çəkdi?

    22 Yanvar 2026 12:24

    PKK-nın Suriya qolu SDQ hərbi və diplomatik olaraq çökmə mərhələsindədir - Ankara

    22 Yanvar 2026 12:17

    Keçən il Qaziantep hava limanında sərnişindaşıma 3 milyon nəfəri keçib (ÖZƏL)

    22 Yanvar 2026 09:34

    Şəraa, Sudani və Bərzani ilə görüşdü

    21 Yanvar 2026 16:33

    Suriya Prezidenti Əhməd Əş-Şəraa Davos səfərini ləğv edib

    21 Yanvar 2026 15:42

    ​Suriya erməniləri YPG terror təşkilatına açıq şəkildə dəstək verdilər

    21 Yanvar 2026 10:55

    Ərdoğan Trampla Suriyanın gələcəyini və Qəzza sülhünü müzakirə edib

    21 Yanvar 2026 09:18

    Süni böhran: Suriyada kürd separatizminin xarici faktorları və tarixi reallıq

    21 Yanvar 2026 09:00

    Suriya ordusu və YPG arasındakı inteqrasiya sazişindən sonra başlayan hərbi gərginlik səngidi

    20 Yanvar 2026 13:52

    Dəməşqin təhlükəsizliyi Ankaranın təhlükəsizliyidir - Bahçeli

    20 Yanvar 2026 12:42

    Səudiyyə Ərəbistanı Dəməşq ilə SDQ arasındakı razılaşmanı alqışlayıb

    19 Yanvar 2026 10:15

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    18 Yanvar 2026 22:00
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə Qəzzaya indiyədək 20 min tondan çox humanitar yardım çatdırıb

    Bakıda IV Vergi Mühasibatlıq Zirvəsi keçiriləcək

    Mədəniyyət naziri Ağsu rayonunda vətəndaşları qəbul edib

    Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları müzakirə edilib

    ASELSAN Konya müəssisələrində yeni nəsil SMASH sistemlərinin istehsalına başlanılıb

    Energetika naziri Masallıda vətəndaşları qəbul edib

    Svetoforun qırımızı işığında keçib svetoforu yararsız vəziyyətə saldı

    2025-ci ildə 4 mindən çox ailə ipoteka krediti vasitəsilə mənzil sahibi olub

    Keçən il Türkiyədən Fransaya dəri məhsulları ixracı artıb (ÖZƏL)

    Ceyhun Bayramov İranın nazir müavini ilə regional təhlükəsizliyi müzakirə edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.