Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Bakıda IV Vergi Mühasibatlıq Zirvəsi keçiriləcək

    23 Yanvar 2026 16:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    “Facemark” və “Good Finance” şirkətlərinin təşkilatçılığı ilə ölkəmizdə IV Vergi Mühasibatlıq Zirvəsi keçiriləcək.

    AzerVoice xəbər verir ki, Zirvə son 3 il ərzində vergi, mühasibatlıq və maliyyə sahəsində fəaliyyət göstərən peşəkarlar üçün etibarlı bilik və müzakirə platformasına çevrilib.

    Tədbirin təşkilatçıları ilə müsahibəni təqdim edirik.

    Vüsal Səlimov – “Good Finance” şirkətinin təsisçisi

    Vüsal bəy, Vergi Mühasibatlıq Zirvəsinin proqram strukturu necə formalaşdırılır və bu il format baxımından əvvəlki illərlə müqayisədə hansı yeniliklər nəzərdə tutulur?

    VMZ-nin proqram strukturu adətən ənənəyə sadiq qalaraq 3 paneldən ibarət formalaşdırılır. Günün birinci yarısı bir, ikinci yarısı isə iki panel müəyyən edilir. Hər il ikinci paneli fərqli formatda etmişik, bu il də istisna deyil. Belə ki, “Əmək münasibətlərində uçot riskləri” adlanacaq panel praktiki əmək münasibətlərində müşahidə olunan riskləri və bu sahədə qanunvericiliyin tələblərini aşılayacaqdır.

    Məlumdur ki, zirvədə iştirak etməklə iştirakçılar həm yeni məlumat əldə edir, həm də şəbəkələşmə imkanları qazanırlar. Bəs panellər zamanı gündəmə gətiriləcək əsas məsələlər hansılardır və bu müzakirələr nəticəsində iştirakçılar hansı praktik nəticələr əldə edə biləcəklər?

    Yuxarıda da qeyd etdiyim kimi ənənəvi olaraq üç panel müəyyən edilib: Maliyyə riskləri və uçot, Əmək münasibətlərində uçot riskləri və Vergi riskləri. Birinci panel maliyyə, uçot və audit sahəsində formalaşmış riskləri həmin sahələrin mütəxəssisləri ilə müzakirə etmək və həllər tapmaq imkanı verəcəkdir. İkinci panel 2026-cı ildə Əmək Məcəlləsinə edilmiş dəyişikliklər də daxil olmaqla işəgötürənlə işçi arasındakı əmək münasibətlərinin tənzimlənməsi məsələlərini və risklərini müəyyən etməyə və həllər tapmağa yönləndiriləcəkdir. Üçüncü panel isə əsasən Vergi Məcəlləsinin tələbləri əsasında formalaşa biləcək vergi risklərinin müəyyən etməyə, onları Dövlət orqanlarının nümayəndələri ilə müzakirə etməyə, Qanunvericiliyin tələblərini daha aydın başa düşməyə həsr ediləcəkdir.

    Son olaraq, tədbirdə iştirak məsələsinə toxunaq: 4 aprel Vergi Mühasibatlıq Zirvəsinə qatılmaq istəyənlər biletləri haradan və necə əldə edə bilərlər?

    4 aprel 2026 tarixində Baku Marriot Bulvar oteldə keçiriləcək 4-cü Vergi və Mühasibatlıq Zirvəsi üçün biletləri www.vmz.az saytından, eləcə də sosial şəbəkə platformalarında mövcud olan Vergi və Mühasibatlıq Zirvəsi səhifələrinə müraciət etməklə və qeyd edilən nömrələrlə əlaqə yaradaraq əldə edə bilərsiniz.

    Rafiq Hunaltay – “Facemark” şirkətinin təsisçisi

    Bu il artıq 4-cü ildir ki, “Good Finance” şirkəti ilə birlikdə Vergi Mühasibatlıq Zirvəsini həyata keçirirsiniz. İlkin hazırlıq mərhələsində bu illər ərzində formalaşan təcrübə tədbirin planlanmasına necə təsir edir və bu proses hazırda necə qurulur?

    Bu il dördüncü dəfədir ki, “Good Finance” şirkəti ilə birlikdə Vergi və Mühasibatlıq Zirvəsini təşkil edirik və bu illər ərzində topladığımız təcrübə hazırlıq prosesinə çox ciddi şəkildə təsir göstərir. İlk illərlə müqayisədə bu gün planlama daha sistemli, mərhələli və strateji yanaşma üzərində qurulub. Hər il iştirakçı rəyləri, spiker təcrübələri və real nəticələr detallı şəkildə analiz olunur və bu analizlər yeni konseptin, panel mövzularının və proqram axınının formalaşmasında əsas rol oynayır.

    Zirvəni ildən-ilə təşkil etdikcə həm təşkilati, həm də məzmun baxımından bir çox dərslər çıxarılır. Bu illər ərzində ən vacib hansı öyrənmələr əldə etmisiniz və həmin təcrübələr 4 aprel tarixində Vergi Mühasibatlıq Zirvəsinin hazırlanmasında necə tətbiq ediləcək?

    Vergi Mühasibatlıq Zirvəsi illər ərzində təkcə bir tədbir deyil, sahə üzrə risklərin və səhvlərin açıq şəkildə müzakirə olunduğu etibarlı platformaya çevrilib. İldən-ilə zirvəni təşkil etdikcə anlayırıq ki, uğurlu tədbirin əsasında balanslı məzmun və güclü təşkilati struktur dayanır. Məhz bu təcrübələr əsasında 4 aprel tarixində keçiriləcək Vergi Mühasibatlıq Zirvəsinin proqramı daha fokuslu, interaktiv və nəticəyönümlü şəkildə qurulub; hər panel və çıxış iştirakçılara real fayda verməyi hədəfləyir.

    Ölkəmizdə keçirilən bu tip forum, zirvələrə marağın hər il artdığı müşahidə olunur. Sizcə bu marağı formalaşdıran əsas faktorlar nələrdir və iştirakçı gözləntiləri illər ərzində necə dəyişir?

    Son illər bu tip forum və zirvələrə marağın artmasının əsas səbəbi bilik və təcrübə paylaşımına olan real ehtiyacdır. Qanunvericilikdə, biznes mühitində və peşəkar tələblərdə baş verən sürətli dəyişikliklər insanları aktual məlumatı birbaşa mənbədən almağa sövq edir. Eyni zamanda, bu cür tədbirlər iştirakçılar üçün yalnız dinləyici olmaq deyil, eyni sahənin mütəxəssisləri ilə şəbəkələşmə, fikir mübadiləsi və yeni əməkdaşlıqlar qurmaq imkanı yaradır. Bu dəyişən gözləntilər də təşkilatçıları məzmunu daha dərin, fokuslu və dəyər yaradan şəkildə formalaşdırmağa vadar edir.

    Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (TurkicWorld) və AzerVoice IV Vergi Mühasibatlıq Zirvəsinin rəsmi media tərəfdaşıdır.

    #Vergi Mühasibatlıq Zirvəsi #IV Vergi Mühasibatlıq Zirvəsi #vergi və mühasibatlıq sahəsi #VMZ 2026 #Əmək Məcəlləsi dəyişiklikləri #Facemark şirkəti #Good Finance şirkəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakıda IV Vergi Mühasibatlıq Zirvəsi keçiriləcək

    23 Yanvar 2026 16:14

    Mədəniyyət naziri Ağsu rayonunda vətəndaşları qəbul edib

    23 Yanvar 2026 16:08

    Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları müzakirə edilib

    23 Yanvar 2026 15:40

    Energetika naziri Masallıda vətəndaşları qəbul edib

    23 Yanvar 2026 15:31

    Svetoforun qırımızı işığında keçib svetoforu yararsız vəziyyətə saldı

    23 Yanvar 2026 15:15

    2025-ci ildə 4 mindən çox ailə ipoteka krediti vasitəsilə mənzil sahibi olub

    23 Yanvar 2026 15:06

    Livanın türkman gəncləri 20 Yanvar faciəsi barədə məlumatlandırılır

    23 Yanvar 2026 13:50

    Fransina Armenqol Sosias Bakıda Zəfər parkını ziyarət edib

    23 Yanvar 2026 13:14

    10 erməni Ermənistana təhvil verildi

    23 Yanvar 2026 13:10

    “Həvəsləndirmə mükafatları” müsabiqəsinin ikinci mərhələsi başlayıb

    23 Yanvar 2026 12:51

    Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?

    23 Yanvar 2026 12:00

    Bakıda IV Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək

    13 Yanvar 2026 16:18
    Demo
    XƏBƏR LENTİ

    Keçən il Türkiyədən Çinə xalça ixracı 13 milyon dolları keçib (ÖZƏL)

    Banqladeşdə 128 milyon seçici fevral ayında yeni rəhbərliyi müəyyən edəcək

    Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurası Prezident İlham Əliyevə müraciət ünvanlayıb

    Türkiyə Qəzzaya indiyədək 20 min tondan çox humanitar yardım çatdırıb

    Bakıda IV Vergi Mühasibatlıq Zirvəsi keçiriləcək

    Mədəniyyət naziri Ağsu rayonunda vətəndaşları qəbul edib

    Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları müzakirə edilib

    ASELSAN Konya müəssisələrində yeni nəsil SMASH sistemlərinin istehsalına başlanılıb

    Energetika naziri Masallıda vətəndaşları qəbul edib

    Svetoforun qırımızı işığında keçib svetoforu yararsız vəziyyətə saldı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.