Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə 2026-cı ildə üç beynəlxalq zirvəyə ev sahibliyi edəcək

    4 Dekabr 2025 12:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    2026-cı ildə Türkiyə NATO Zirvəsi, Birləşmiş Millətlər Təşkilatı (BMT) İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) və Türk Dövlətləri Təşkilatı (TDT) Zirvəsinə ev sahibliyi edəcək.

    AzerVoice xəbər verir ki, son illərdə həm regionda, həm də qlobal diplomatiya arenasında fəal rol oynayan Türkiyə, xüsusilə Rusiya-Ukrayna müharibəsi başda olmaqla bir sıra problemli bölgələrdə vasitəçilik təşəbbüsləri, humanitar diplomatiya addımları və çoxtərəfli əməkdaşlıq mexanizmlərindən səmərəli istifadə edir.

    Türkiyə diplomatik nüfuzunu beynəlxalq zirvələrə ev sahibliyi etməklə daha da gücləndirməyi planlaşdırır. 2026-cı ildə keçiriləcək əsas zirvələr bunlardır:

    COP31 Zirvəsi: İstanbulda təşkil olunacaq, əsas konfrans tədbirləri isə Antalyada keçiriləcək. Türkiyə zirvə çərçivəsində gündəmi müəyyən edəcək və tədbirlərin icrasına məsul olacaq. Qeyd edək ki, COP30 Zirvəsi cari ilin noyabr ayında Braziliyada “yaşıl sənayeləşmə” mövzusunda keçirilmişdi.

    NATO Zirvəsi: Zirvə iyul ayında Ankarada təşkil olunacaq. Son NATO Zirvəsi isə iyun ayında Hollandiya, Lahey şəhərində keçirilmiş, üzv ölkələrin müdafiə artırma hədəfləri müzakirə olunmuşdu.

    Türk Dövlətləri Təşkilatı 13-cü Zirvəsi: Türkiyə, TDT-nin növbəti Dövlət Başçıları Zirvəsinə də ev sahibliyi edəcək. 12-ci Zirvə isə bu ilin oktyabr ayında Azərbaycanın Qəbələ şəhərində “Regional Sülh və Təhlükəsizlik” mövzusunda keçirilib.

    Bu beynəlxalq zirvələr Türkiyənin qlobal diplomatiyada nüfuzunu gücləndirməsi və beynəlxalq arenada mühüm oyunçulardan biri kimi mövqeyini möhkəmləndirməsi baxımından böyük əhəmiyyət kəsb edir.

    #Türk Dövlətləri Təşkilatının (TDT) #BMT #NATO #NATO sammiti #NATO və Türkiyə əməkdaşlığı #BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı #COP31 #COP31 Türkiyə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk coğrafiyasındakı bütün qiymətləndiricilər vahid platformada birləşəcək

    3 Dekabr 2025 14:08

    Hakan Fidan və NATO Baş katibi Ukrayna müharibəsi və Qara Dənizin təhlükəsizliyini müzakirə edib

    3 Dekabr 2025 13:58

    Suriya Colanın tamamını geri almaq haqqını təsdiqlədi

    3 Dekabr 2025 10:35

    Türkiyə XİN rəhbəri Hakan Fidan NATO Qərargahında ikili görüşlər keçirəcək

    2 Dekabr 2025 15:12

    Türkiyənin COP31-i qazanmasında Azərbaycan vasitəçilik edib - Yalçın Rəfiyev

    2 Dekabr 2025 11:00

    Litvada NATO təlimləri zamanı belçikalı əsgər həlak olub

    30 Noyabr 2025 18:06

    NATO Rusiyadan qorunmaq üçün yaradılıb - Polşa baş naziri

    29 Noyabr 2025 17:04

    İran 12 günlük İsrail müharibəsində 200-ə yaxın təyyarə və dronu məhv etdiyini açıqlayıb

    29 Noyabr 2025 12:47

    Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin tərəfdaşları ilə əlaqələrini genişləndirir

    29 Noyabr 2025 12:42

    Macarıstanın Azərbaycandakı səfiri Diaspor Komitəsində olub

    29 Noyabr 2025 11:17

    Makron silahlanmağa çağırır: Fransa Avropanın yeni hərbi təcrübəsinə start verir

    29 Noyabr 2025 09:52

    Rubio NATO-nun xarici işlər nazirlərinin toplantısına qatılmayacaq

    29 Noyabr 2025 09:11
    Demo
    XƏBƏR LENTİ

    Agentlikdə Dünya Bankının missiyası ilə görüş keçirilib

    Türkiyənin tekstil ixracı 8 milyard dolları keçib (ÖZƏL)

    Vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb

    Türkiyə 2026-cı ildə üç beynəlxalq zirvəyə ev sahibliyi edəcək

    Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

    UNESCO Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır

    2026 FIFA Dünya Kubokunun qrup mərhələsinin püşkü sabah atılacaq

    Bakıda Azərbaycan Karbon Bazarı üzrə Vorkşop keçirilib

    Qonşu ölkələrlə iqtisadi və ticarət əlaqələri genişləndiriləcək - İran XİN

    İRİA 10-a yaxın Afrika ölkəsinin heyəti ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.