Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyədə oktyabr ayında məşğulluq səviyyəsi artıb, işsizlik azalıb

    28 Noyabr 2025 11:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyədə oktyabr ayında işsizlik əvvəlki aya nisbətən 0,1 faiz azalaraq 8,5 faiz səviyyəsində qeydə alınıb.

    AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu (TÜİK) məlumat yayıb.

    Məlumata görə, 15 yaş və yuxarı şəxslər arasında işsizlərin sayı bir əvvəlki aya nisbətən 27 min nəfər azalaraq 3 milyon 33 min nəfərə çatıb. İşsizlik səviyyəsi kişi işçilər arasında 7 faiz, qadınlarda isə 11,3 faiz təşkil edib.

    Eyni dövrdə məşğul şəxslərin sayı 185 min nəfər artaraq 32 milyon 772 min nəfər, məşğulluq səviyyəsi isə 0,2 faiz artaraq 49,2 faiz olub. Kişilər arasında məşğulluq səviyyəsi 66,5 faiz, qadınlarda isə 32,4 faiz təşkil edib.

    Əmək bazarında iştirak edənlərin sayı 157 min nəfər artaraq 35 milyon 804 min nəfərə çatıb, əmək bazarına qatılma səviyyəsi isə 0,2 faiz artaraq 53,8 faiz olub. Bu göstərici kişi işçilər arasında 71,5 faiz, qadınlarda isə 36,5 faizdir.

    15-24 yaş qrupunda gənclər arasında işsizlik səviyyəsi bir əvvəlki aya nisbətən 0,6 faiz artaraq 15,6 faiz olub. Bu yaş qrupunda kişi işçilər arasında işsizlik 12,9 faiz, qadınlarda isə 20,6 faiz təşkil edib.

    İşləyənlərin həftəlik orta faktiki iş saatı oktyabr ayında əvvəlki aya nisbətən 0,7 saat azalaraq 42,2 saat olub.

    Bundan əlavə, zamana bağlı eksik məşğulluq, potensial əmək qüvvəsi və işsizlərdən ibarət atıl əmək qüvvəsi səviyyəsi oktyabr ayında bir əvvəlki aya nisbətən 1,1 faiz bəndi artaraq 29,6 faiz olub. Zamana bağlı eksik məşğulluq və işsizlərin birləşmiş göstəricisi 20 faiz, işsiz və potensial əmək qüvvəsinin birləşmiş göstəricisi isə 19,5 faiz təşkil edib.

    #işsizlik #Türkiyə Statistika Təşkilatı (TÜİK) #Türkiyə işsizlik səviyyəsi 2025 #TÜİK işsizlik statistikası #Türkiyədə məşğulluq nisbəti #Türkiyədə işsizlik səviyyəsi 2025 #Türkiyədə məşğulluq göstəriciləri #İşsizlik səviyyəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin əhalisi 86 milyona yaxınlaşıb

    24 Noyabr 2025 11:59

    Türkiyənin turizm gəlirləri artıb

    31 Oktyabr 2025 15:00

    Türkiyədən İrana dəri ixracı 2 milyon dolları keçib (ÖZƏL)

    27 Oktyabr 2025 15:24

    Türkiyədə sentyabr ayında məşğulluq səviyyəsi azalıb, işsizlik sabit qalıb

    27 Oktyabr 2025 11:51

    Yeni nəsil kitabdan uzaqlaşır - Uşaqlar ekran qarşısında daha çox vaxt keçirir

    12 Oktyabr 2025 10:00

    Avqust ayında Türkiyənin İƏT ölkələrinə ixracı 6 milyard dolları keçib (ÖZƏL)

    30 Sentyabr 2025 13:01

    Türkiyədə işsizlərin sayi artıb

    30 Sentyabr 2025 12:00

    Türkiyədə işsizlik son 5 ayın ən aşağı səviyyəsinə düşüb

    29 Avqust 2025 13:36

    Türkiyənin ixracatı rekord səviyyəyə çatıb

    28 Avqust 2025 14:02

    Azərbaycanda işsiz gənclərin sayı açıqlandı

    27 Avqust 2025 15:46

    İyul ayında Türkiyədən Misirə dəri ixracı artıb (ÖZƏL)

    17 Avqust 2025 09:28

    Türkiyənin əhalisi 85 milyon 824 min nəfərə çatdı

    13 Avqust 2025 12:00
    Demo
    XƏBƏR LENTİ

    Səudiyyə Hərbi Dəniz Qüvvələri Misirdə birgə dəniz təlimlərini tamamlayıb

    TDT media və informasiya üzrə məsul nazirlərinin toplantısının yekunlarına dair Kommünike qəbul olunub

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Türkiyədə oktyabr ayında məşğulluq səviyyəsi artıb, işsizlik azalıb

    Dezinformasiya ilə mübarizə Azərbaycan üçün prioritet istiqamətdir - Əhməd İsmayılov

    Prezident İlham Əliyev: Albaniya ilə əlaqələrə böyük əhəmiyyət veririk

    Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

    Prezident İlham Əliyev Timor-Leste Prezidentinə təbrik məktubu ünvanlayıb

    Türkiyəli mütəxəssislərlə aqroturizm üzrə təcrübə mübadiləsi aparılıb

    İsrail ordusu helikopter və top atəşi ilə Suriyaya hücum edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.