Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyənin turizm gəlirləri artıb

    31 Oktyabr 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin turizm gəliri bu ilin üçüncü rübündə (iyul–sentyabr) ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% artaraq 24 milyard 257 milyon 815 min ABŞ dollarına çatıb.

    Bu haqda AzerVoice Türkiyənin Statistika Təşkilatına (TÜİK) istinadən məlumat verir.

    Məlumata görə, turizm gəliri keçən ilin eyni rübünə nisbətən 3,9 faiz artaraq 24 milyard 257 milyon 815 min dollar təşkil edib. Bunun 24 milyard 46 milyon 779 min dolları ziyarətçilərdən əldə olunan gəlir, 211 milyon 37 min dolları isə transfer səyahətçilərdən daxil olan vəsait olub.

    Turizm gəlirinin 16,1 faizi ölkəni ziyarət edən xaricdə yaşayan Türkiyə vətəndaşlarından əldə edilib.

    Bu rübdə edilən xərclərin 15 milyard 975 milyon 385 min dollarını şəxsi, 8 milyard 71 milyon 394 min dollarını isə paket tur xərcləri təşkil edib.

    Bu ilin üçüncü rübündə ölkədən çıxış edən ziyarətçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artaraq 23 milyon 639 min 736 nəfərə yüksəlib. Onların 3 milyon 438 min 655 nəfərini (14,5 faiz) xaricdə yaşayan Türkiyə vətəndaşları təşkil edib.

    Sözügedən dövrdə Türkiyədə qalan turistlərin günlük orta xərcinin 100 dollar olduğu, ölkəyə xaricdən gələn Türkiyə vətəndaşlarında isə bu göstəricinin 64 dollar olduğu bildirilib.

    İyul–sentyabr dövründə turizm gəlirlərində paket tur xərclərinin payı 33,6 faiz, qida-içki xərclərinin payı 19,9 faiz, beynəlxalq nəqliyyat xərclərinin payı isə 11,1% təşkil edib.

    Keçən ilin eyni dövrü ilə müqayisədə sağlamlıq xərcləri 20,3 faiz, yerləşmə xərcləri 17,3 faiz, qida-içki xərcləri isə 14,8 faiz artıb.

    Ziyarətçilərin Türkiyəyə gəlmə səbəbləri arasında 73,8 faiz ilə “səyahət, əyləncə, idman və mədəniyyət tədbirləri” birinci yerdə qərarlaşıb.

    Sonrakı yerlərdə 17,3 faiz ilə “qohum və dost ziyarəti”, 3,7 faiz ilə “alış-veriş” dayanıb. Xaricdə yaşayan Türkiyə vətəndaşları ölkəyə əsasən 59,9 faiz göstərici ilə “qohum və dost ziyarəti” məqsədilə gəliblər.

    Ölkə daxilində yaşayaraq başqa ölkələrə səyahət edən vətəndaşların xərclərindən formalaşan turizm xərcləri bu ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz artaraq 2 milyard 479 milyon 210 min dollar olub. Bu məbləğin 2 milyard 34 milyon 647 min dolları şəxsi, 444 milyon 563 min dolları isə paket tur xərclərindən ibarətdir.

    Həmin dövrdə xaricə səyahət edən vətəndaşların sayı illik əsasda 3 faiz artaraq 3 milyon 383 min 353 nəfərə çatıb və bir nəfərin orta xərcinin 733 dollar olduğu qeydə alınıb

    #Türkiyə turizm statistikası #turizm #Turizm sahəsi #Türkiyə Statistika Təşkilatı (TÜİK) #Mədəni turizm təcrübələri #Turizm rekordları #2025 turizm mövsümü #Turizm infrastrukturu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədə elektrikli avtomobillərin sayı 370 mini keçib

    17 Yanvar 2026 14:04

    Türkiyədə işsizlərin sayı 3 milyonu ötüb

    30 Dekabr 2025 11:35

    Türkiyədə oktyabr ayında məşğulluq səviyyəsi artıb, işsizlik azalıb

    28 Noyabr 2025 11:55

    Türkiyənin əhalisi 86 milyona yaxınlaşıb

    24 Noyabr 2025 11:59

    Ənənəvi evlər və fermalar Əl-Qasımda ilboyu fəaliyyət göstərən turizm mərkəzlərinə çevrilir

    9 Noyabr 2025 17:03

    Türkiyəyə səfər edən Qırğızıstan turistlərinin sayı 150 mini keçib (ÖZƏL)

    9 Noyabr 2025 16:00

    Türkiyəyə səfər edən Özbəkistan turistlərinin sayı 506 mini keçib (ÖZƏL)

    9 Noyabr 2025 10:00

    Türkiyəyə səfər edən Türkmənistan turistlərinin sayı 146 mini keçib (ÖZƏL)

    6 Noyabr 2025 17:25

    Türkiyəyə səfər edən Qazaxıstan turistlərinin sayı azalıb (ÖZƏL)

    5 Noyabr 2025 13:30

    Türkiyəyə səfər edən Azərbaycan turistlərinin sayı azalıb (ÖZƏL)

    3 Noyabr 2025 10:09

    Regional turizm şuralarının işçi qruplarının iclasları keçirilib

    30 Oktyabr 2025 12:52

    Türkiyədən İrana dəri ixracı 2 milyon dolları keçib (ÖZƏL)

    27 Oktyabr 2025 15:24
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 2 fevral

    Trampın hərbi təhdidlərinə kəskin cavab olaraq, İranın müttəfiqləri regional qarşıdurmanı genişləndirməklə hədələyirlər

    Kentavrlar mifdir, yoxsa qədim mədəniyyətlərin ortaq simvolu?

    İslam mənbələrində cinlərin məskənləri haralar sayılır?

    "Real Madrid" son saniyə penalti ilə "Rayo Valyekano"nu məğlub etdi

    Qazilikdən imtina idən alim: Əbhərinin Elm və Zühd Dolu Ömrü

    Orta əsrlər müsəlman alimlərinin tibbi inqilabı - İslamda psixoterapiya varmı?

    Bəlucistan döyüş meydanına döndü: 31 mülki şəxs həlak olub

    Xamenei etirazları "çevrilişə" bənzədir və regional müharibə barədə xəbərdarlıq edir

    Türkiyənin sərhəd təhlükəsizliyi və Suriya razılaşması: Regional təsir analizi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.