BAKI, AzerVoice, Nailə Babazadə
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan “Korrupsiya” istintaqı çərçivəsində, Ekrem İmamoğlu və mənfəət məqsədli cinayət təşkili ilə bağlı hazırlanmış iddianamə İstanbul 40. Ağır Cinayət Məhkəməsi tərəfindən qəbul edilib.
AzerVoice xəbər verir ki, İddianamədə, İBB başçısı vəzifəsindən kənarlaşdırılmış Ekrem İmamoğlu ilə birlikdə 105-i həbsdə olmaqla 407 şübhəli yer alıb.
İmamoğlu haqqında 142 ayrı hərəkət üzrə 828 il 2 aydan 2 352 ilədək həbs cəzası tələb olunur.
İddianamədə İmamoğlu üçün “Cinayət Təşkili Qurmaq və Ona Rəhbərlik Etmək”, “Rüşvət”, “Cinayət Gəlirlərini leqallaşdırma”, “Dövlət Qurumlarına Zərərli Dolandırıcılıq” kimi ittihamlarla yanaşı, təşkilat üzvləri tərəfindən törədilmiş digər cinayətlər də yer alır. Bunlara şəxsi məlumatların qeydə alınması və yayılması, sübutları gizlətmə, ünsiyyətin maneə törədilməsi, dövlət əmlakına zərər vurma, ictimai məlumatları yanıltıcı şəkildə yayma, ihaləyə müdaxilə, ətraf mühitin qəsdən çirkləndirilməsi və vergi qanunlarını pozmaq daxildir.
Hazırlanmış iddianamə məhkəmə tərəfindən qəbul edilərək icraata verilib.