Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    İmamoğlu barəsində 2 min ilədək həbs cəzası tələb olunur

    11 Noyabr 2025 18:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan cinayət işi üzrə hazırlanan ittiham aktı İstanbul Baş Prokurorluğu tərəfindən tamamlanaraq ictimaiyyətə açıqlanıb.

    AzerVoice xəbər verir ki, ittiham aktında hazırda həbsdə saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq rəhbəri Ekrem İmamoğlu barəsində çoxsaylı hüquq pozuntusu ilə bağlı ittihamlar irəli sürülüb. Prokurorluq onun üçün 849 ildən 2 min 430 il 6 aya qədər azadlıqdan məhrumetmə cəzası istəyib.

    İttiham aktında İmamoğlu “cinayət məqsədilə qurulan təşkilata rəhbərlik”, “rüşvət”, “dövlət qurumlarına ziyan verilməsi”, “dövlət vəsaitinin mənimsənilməsi”, “məlumatların qanunsuz əldə edilməsi”, “dəlillərin gizlədilməsi”, “dövlət əmlakına zərər vurulması”, “dələduzluq”, “qara pul dövriyyəsi” və başqa maddələrlə günahlandırılır.

    Sənəddə Mülkiyyətə Nəzarət Şurası “müraciət edən tərəf”, bir neçə nazirlik və yerli idarəetmə orqanı isə “zərərçəkən qurum” kimi göstərilib.

    İttiham aktında başqa şəxslərin də adları çəkilir. Onlardan bəzilərinin “cinayət məqsədilə yaradılmış təşkilata rəhbərlik”, digərlərinin isə “təşkilata üzvlük” maddəsi ilə cəzalandırılması tələb edilir. Məlumata görə, bəzi şübhəlilər istintaqa məlumat verdikləri üçün onların barəsində yüngülləşdirici məqamların tətbiqi təklif olunub.

    Prokurorluq iddia edir ki, cinayət yolu ilə əldə edilmiş gəlirlər və həmin gəlirlər vasitəsilə idarə olunan şirkətlər müsadirə edilməlidir. Siyahıda Ekrem İmamoğlu da daxil olmaqla çox sayda şəxsin adına qeydiyyatda olan hüquqi şəxslər və vəsaitlər yer alır.

    İttiham aktı məhkəmə tərəfindən qəbul edildiyi halda, iş Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.

    #İstanbul Baş Prokurorluğu #Ekrem İmamoğlu #İstanbul Böyükşəhər Bələdiyyəsi #Cümhuriyyət Xalq Partiyası (CHP) #Mülkiyyətə Nəzarət Şurası #Ağır Cinayətlər Məhkəməsi #İmamoğluna ittihamlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İstanbulda 21 şəhərdə təşkil olunmuş əməliyyatda 96 şübhəli saxlanılıb

    9 Yanvar 2026 10:27

    Türkiyədə futbolda mərc qalmaqalı: 14 futbolçu daxil olmaqla 29 nəfər saxlanılır

    26 Dekabr 2025 09:50

    Türkiyədə VEPARA şirkəti barədə istintaq: 31 nəfər saxlanıldı

    26 Dekabr 2025 09:30

    Futbolda FETÖ istintaqı: TFF-nin sabiq rəhbər şəxsləri ifadəyə çağırılıb

    25 Dekabr 2025 13:32

    İstanbulda Yeni il gecəsi hücum planlaşdıran 100-dən çox şübhəli saxlanılıb

    25 Dekabr 2025 12:43

    Vəzifəsindən azad olunan CHP-li Bələdiyyə Başçısı, Bahçeli ilə görüşüb

    13 Dekabr 2025 15:30

    Qalatasaray və Fənərbaxça futbolçuları mərclik qalmaqalında saxlanılıb

    5 Dekabr 2025 13:30

    Ekrem İmamoğlu üçün iddianamə İstanbul məhkəməsi tərəfindən qəbul edilib

    25 Noyabr 2025 12:52

    Əkrəm İmamoğlunun oğlunun şirkətində maliyyə uyğunsuzluğu aşkar edilib

    22 Noyabr 2025 12:14

    İstanbul Baş Prokurorluğu İmamoğlu təşkilatı işi üzrə ittiham aktını tamamlayıb

    11 Noyabr 2025 15:51

    Ərdoğan CHP sədri Özgür Özələ sərt reaksiya verib

    6 Noyabr 2025 16:21

    Terrorsuz Türkiyə və bölgə hədəfi üçün hər kəsin dəstəyi vacibdir - Ərdoğan

    5 Noyabr 2025 14:18
    Demo
    XƏBƏR LENTİ

    Tramp: Kubaya neft və maliyyə vəsaitlərinin göndərilməsi dayandırılacaq

    Merts Hindistana rəsmi səfərə yola düşüb

    Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub

    Keçən il Türkiyədən Bəhreynə dəri məhsulları artıb (ÖZƏL)

    Kəbənin qiyamətə yaxın dağıdılması ilə bağlı hədislər nə bildirir

    Keçən il Türkiyədən Səudiyyəyə kimyəvi maddə ixracı 283 milyon dolları keçib (ÖZƏL)

    Bakıdan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb

    Keçən il Türkiyədən İrana sement ixracı 9 milyon dolları keçib (ÖZƏL)

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

    Keçən il Türkiyədən Özbəkistana polad ixracı 58 milyon dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.