Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyədə kibercinayətlərə qarşı əməliyyatlarda 539 şübhəli saxlanıldı

    3 Noyabr 2025 10:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, kibercinayətlərlə mübarizə çərçivəsində 59 vilayətdə 10 gündür davam edən əməliyyatlarda 539 şübhəlinin saxlanıldığını açıqlayıb.

    AzerVoice xəbər verir ki, nazir Yerlikaya sosial media hesabında paylaşdığı açıqlamada, əməliyyatların Türkiyə Daxili İşlər Nazirliyinə bağlı Polis Baş İdarəsinin Kibercinayətlərlə Mübarizə İdarəsi və Mali Cinayətləri Araşdırma Şurası (MASAK) tərəfindən həyata keçirildiyini bildirib.

    Yerlikaya qeyd edib ki, “onlayn uşaq müstehcənliyi və istismarı, qeyri-qanuni mərc oyunları və dələduzluq” cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 539 şübhəlidən 190 nəfər həbs edilib, 111 nəfərə isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub. Digər şübhəlilərlə bağlı hüquqi prosedurların davam etdiyi bildirilib.

    Nazir vurğulayıb ki, Ankara, İzmir və İstanbul daxil olmaqla 59 vilayəti əhatə edən və 10 gündür davam edən əməliyyatlar, vətəndaşların maddi və mənəvi zərər görməsinin qarşısını almaq məqsədilə həyata keçirilib.

    İstintaq zamanı müəyyən olunub ki, şübhəlilər uşaqlara aid müstehcən görüntüləri paylaşmaqla yanaşı, “məhsul satışı, kirayə bungalov, sığorta ödənişi, evdə iş elanları, sosial yardım bağışı” kimi mövzularla vətəndaşları aldatmağa çalışıblar.

    Həmçinin, şübhəlilərin vətəndaşların mobil bank hesablarına daxil olaraq qanunsuz gəlir əldə etdikləri, qeyri-qanuni mərc və qumar oyunları təşkil etdikləri, POS cihazları vasitəsilə faizlə pul verdikləri və qeyri-qanuni pul köçürmələrinə vasitəçilik edib bunun reklamını etdikləri də müəyyən edilib.

    Əməliyyatlar nəticəsində cinayət yolu ilə əldə olunduğu düşünülən təxminən 404 milyon lirə dəyərində 7 şirkət, 3 mənzil və 5 torpaq sahəsinə əl qoyulub.

    #Türkiyə Daxili İşlər Nazirliyi #Ali Yerlikaya #Kiberdələduzluq #kibertəhlükəsizlik #kiber hücum #kibercinayətkarlıq #MASAK #kiber zorakılıq #Kibertəhlükəsizlik əməkdaşlığı #2025 kiber təhlükəsizlik xəbərləri #kiberhücum
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədə kibertəhlükəsizlik əməliyyatları - 60-a yaxın şübhəli saxlanılıb

    4 Fevral 2026 09:20

    Türkiyənin 22 vilayətində terror əməliyyatı: 96 saxlanılan var

    3 Fevral 2026 09:24

    Türkiyədə kibertəhlükəsizlik əməliyyatları - yüzlərlə şübhəli ifşa olundu

    29 Yanvar 2026 11:06

    Qırmızı bülletenlə axtarılan şəxslər Türkiyəyə gətirildi

    28 Yanvar 2026 12:16

    Türkiyədə FETÖ əməliyyatları - 82 nəfər həbs edilib

    28 Yanvar 2026 09:48

    Türkiyədə miqrant qaçaqmalçılarına qarşı əməliyyat həyata keçirilib

    22 Yanvar 2026 10:14

    Türkiyədə kiber cinayətkarlara qarşı genişmiqyaslı əməliyyat keçirilib

    19 Yanvar 2026 09:38

    Türkiyə 17 axtarılan şəxsi xaricdən gətirdi

    17 Yanvar 2026 13:25

    Türkiyənin 16 vilayətində FETÖ-yə qarşı əməliyyat: 81 nəfər saxlanılıb

    12 Yanvar 2026 10:24

    Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib

    10 Yanvar 2026 11:45

    İstanbulda 21 şəhərdə təşkil olunmuş əməliyyatda 96 şübhəli saxlanılıb

    9 Yanvar 2026 10:27

    Türkiyədə narkotik satıcılarına qarşı əməliyyatlar: 424 nəfər saxlanıldı

    7 Yanvar 2026 09:45
    Demo
    XƏBƏR LENTİ

    Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

    6 Fevral: "Əsrin Fəlakəti"nin İldönümü, Kraliçanın Taxta Çıxışı və Kosmosa Uçan Tesla - Tam Xronika

    Kahramanmaraşda baş vermiş zəlzələdən üç il keçir

    Nazirliyin Aparatının rəhbəri Fuad Musayev Ağdaş rayonunda vətəndaşları qəbul edib

    BMT-də Azərbaycanın sülh təşəbbüsləri və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub

    Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan həqiqətən yaxşı liderlərdir - Tramp

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib

    Danışıqlara raket proqramı və uranın zənginləşdirilməsi daxil deyil - İran

    Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub

    İran Fars körfəzində iki xarici neft tankerini saxlayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.