BAKI, AzerVoice, Səməd Əyyubov
Türkiyənin Balıkesir vilayətində 4 bal gücündə zəlzələ baş verib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 18:07-də (Bakı vaxtı ilə 19:07) baş verib. Yeraltı təkanların ocağı daha əvvəl baş verən 6 bal gücündə zəlzələnin qeydə alındığı Sındırqı rayonunda yerləşib, dərinliyi isə 6,52 kilometr olub.
Xatırladaq ki, Balıkesir vilayətinin Sındırqı rayonunda 6,1 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində 16 bina çökmüşdü, bir nəfər isə həyatını itirmişdi. Zəlzələ Balıkesir vilayəti ilə yanaşı ölkənin digər bölgələrində də hiss olunmuşdu.