Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyədə sabitlik və birlik dönəmi başlayır - Tunç

    25 İyul 2025 15:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyənin ədliyyə naziri Yılmaz Tunç PKK terror təşkilatının silah buraxması ilə bağlı prosesə münasibət bildirib.

    AzerVoice xəbər verir ki, nazir Tunç bu fikirləri Qaziantepin Məhkəmə-Tibbi Ekspertiza Qrup Başqanlığı binasının təməlqoyma mərasimində səsləndirib.

    O, “Terrorun sona çatdığı, artıq Türkiyədə uşaqlarımızın, qadınlarımızın, gənclərimizin və ümumiyyətlə övladlarımızın gələcəyə inamla baxdığı bir ölkə olacaq. Bundan əsla şübhəniz olmasın,” – deyə vurğulayıb.

    Tunç, son 23 ildə bölgə ayırımı edilmədən həyata keçirilən infrastruktur və üstyapı layihələrinin “Terrorsuz Türkiyə” üçün möhkəm bir zəmin yaratdığını qeyd edib.

    Nazir bildirib ki, bu prosesin uğurla başa çatacağına əminlik var: “İnşallah bu proses uğurla tamamlanacaq və Türkiyə terrorlardan təmizlənmiş, iqtisadi gücünü daha da artırmış bir şəkildə dünyanın ən güclü dövlətləri sırasına sürətlə daxil olacaq. O zaman dünyada ədaləti, haqqı, Fələstinin və Qəzzanın hüquqlarını daha güclü şəkildə müdafiə edə biləcəyik. Bundan əsla şübhəniz olmasın.”

    Qeyd edək ki, iyulun 11-də İraqın Süleymaniyyə şəhərində PKK-ya bağlı bir qrup silahlarını məhv edərək prosesin yeni mərhələsini başladıb.

    PKK üzvləri Süleymaniyyənin Surdaş mahalı sərhədindəki mağarada toplaşaraq silahlarını alovlu qazanda məhv ediblər. Proses İraq Kürd Regional Rəhbərliyi, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı, DEM Partiyası nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə izlənilib.

    MHP sədri Devlet Bahçelinin çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə irəliləyən "Terrorsuz Türkiyə" prosesi, silahların məhv edilməsi ilə simvolik dönüş nöqtəsinə çatıb. PKK-nın tam tərksilahı sentyabrın sonuna qədər tamamlanması planlaşdırılır.

    Həmçinin qeyd edək ki, bu prosesin əsas mərhələlərinə DEM Partiyasının Ədliyyə Nazirliyinin icazəsi ilə İmralıya səfərləri, siyasi partiyalar arasında müzakirələr və prezident Ərdoğanın Pervin Buldan və Mithat Sancarla görüşləri daxildir. PKK mayın 5-7-də keçirilən qurultayında təşkilatın ləğvi və silahın yerə qoyulması qərarını açıqlamışdı.

    "Terrordan Azad Türkiyə" hədəfinin həyata keçməsi ilə ölkə əhalisi üçün yeni bir dövr başlayır. Hökumət, prosesi sülh və təhlükəsizlik çərçivəsində davam etdirməkdə qərarlıdır.

    #Türkiyə #PKK #Türkiyə Ədliyyə Nazirliyi #Yılmaz Tunc #PKK terror təşkilatı #PKK terrorçuları #PKK-nın Türkiyə ordusuna qarşı planları #PKK ilə sülh prosesi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    6 Noyabr 2025 18:34

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova TRT World Forum 2025-də iştirak edib

    6 Noyabr 2025 16:51

    Ərdoğan CHP sədri Özgür Özələ sərt reaksiya verib

    6 Noyabr 2025 16:21

    Hakan Fidan Finlandiya Parlamentində çıxış edib

    6 Noyabr 2025 04:00

    MİT rəhbəri HƏMAS-la atəşkəs prosesini müzakirə edib

    5 Noyabr 2025 22:46

    Ankara Sosial Elmlər Universitetində partlayış baş verib

    5 Noyabr 2025 16:58

    PKK və onun törəmələri bütün terror fəaliyyətlərini dərhal dayandırmalıdır - Güler

    5 Noyabr 2025 15:44

    Türkiyə Suriya və İordaniya üzərindən körfəzə quru dəhliz açmağı planlaşdırır

    5 Noyabr 2025 13:15

    Türkiyənin tekstil ixracı 7 milyard dolları keçib (ÖZƏL)

    5 Noyabr 2025 09:39

    Demirtaş dəstəyi üçün Bahçeliyə təşəkkür edib

    4 Noyabr 2025 18:49

    Hakan Fidan Finlandiyaya səfər edəcək

    4 Noyabr 2025 14:31

    ABŞ-dan İraq-Türkiyə su əməkdaşlığına dəstək

    4 Noyabr 2025 11:46
    Demo
    XƏBƏR LENTİ

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    Türkiyəyə səfər edən Türkmənistan turistlərinin sayı 146 mini keçib (ÖZƏL)

    İsrail Misir sərhədini bağlı hərbi zona elan etdi

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova TRT World Forum 2025-də iştirak edib

    Azərbaycan Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiyaya qoşulub

    Azərbaycanda “Invest in Azerbaijan” informasiya sistemi yaradılacaq

    Ərdoğan CHP sədri Özgür Özələ sərt reaksiya verib

    “Vətən müharibəsi – 5 il”: Zəfərin ildönümü şəhid ailələri və qazilərin iştirakı ilə qeyd olundu

    Papa XIV Leo və Mahmud Abbas Qəzzada yardım və iki dövlətli həlli müzakirə ediblər

    Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 184 milyon dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.