Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəsmi Xronika

    Azərbaycanda “Invest in Azerbaijan” informasiya sistemi yaradılacaq

    6 Noyabr 2025 16:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    “Invest in Azerbaijan” informasiya sistemi yaradılacaq.

    AzerVoice xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

    Fərmana əsasən,

    “Invest in Azerbaijan” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.

    Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

    “Invest in Azerbaijan” informasiya sistemi (bundan sonra – Sistem) investorlar tərəfindən elektron qaydada müraciətlərin təqdim edilməsini, habelə Azərbaycan Respublikasında investisiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan bütün məlumatların, o cümlədən investisiya mühiti, investisiya layihələri, mövcud tələblər, imtiyaz və güzəştlər barədə məlumatların əldə olunmasını təmin edir;

    Sistemin sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO həyata keçirir.

    Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

    Sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün;

    Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün.

    Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiyaya qoşulub

    6 Noyabr 2025 16:23

    Sevil Mikayılova dövlət büdcəsində “süni intellekt” və “mavi iqtisadiyyat”la bağlı bölmələrin yaradılmasını təklif edib

    6 Noyabr 2025 15:30

    Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib

    6 Noyabr 2025 12:09

    Məhəmməd Şahbaz Şərif Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib

    5 Noyabr 2025 20:12

    Prezident İlham Əliyev bir qrup elm adamını təltif edib

    5 Noyabr 2025 18:22

    ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

    5 Noyabr 2025 13:46

    Prezident İlham Əliyev Bakı Metropoliteni əməkdaşlarını təltif edib

    5 Noyabr 2025 13:44

    Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib

    5 Noyabr 2025 11:34

    Səudiyyə Ərəbistanı Krallığının Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    4 Noyabr 2025 17:38

    Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib

    4 Noyabr 2025 17:26

    Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Özbəkistana səfərə dəvət edib

    4 Noyabr 2025 17:12

    Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

    4 Noyabr 2025 16:59
    Demo
    XƏBƏR LENTİ

    Türkiyəyə səfər edən Türkmənistan turistlərinin sayı 146 mini keçib (ÖZƏL)

    İsrail Misir sərhədini bağlı hərbi zona elan etdi

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova TRT World Forum 2025-də iştirak edib

    Azərbaycan Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiyaya qoşulub

    Azərbaycanda “Invest in Azerbaijan” informasiya sistemi yaradılacaq

    Ərdoğan CHP sədri Özgür Özələ sərt reaksiya verib

    “Vətən müharibəsi – 5 il”: Zəfərin ildönümü şəhid ailələri və qazilərin iştirakı ilə qeyd olundu

    Papa XIV Leo və Mahmud Abbas Qəzzada yardım və iki dövlətli həlli müzakirə ediblər

    Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 184 milyon dolları keçib (ÖZƏL)

    Sevil Mikayılova dövlət büdcəsində “süni intellekt” və “mavi iqtisadiyyat”la bağlı bölmələrin yaradılmasını təklif edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.