Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    “Vətən müharibəsi – 5 il”: Zəfərin ildönümü şəhid ailələri və qazilərin iştirakı ilə qeyd olundu

    6 Noyabr 2025 16:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Noyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5 illiyinə həsr olunan “Vətən müharibəsi – 5 il: Birliyin zəfəri” adlı tədbir keçirilib.

    AzerVoice xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, din xadimləri, Vətən müharibəsi şəhidləri mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, baş leytenant Elvin Əlimovun anası İradə Əlimova, baş leytenant Muxtar Qasımlının atası Əli Qasımov, kiçik çavuş Sərdar İsmayılovun atası Sərvər İsmayılov, baş leytenant Orxan Hüseynovun atası Bəhmən Hüseynov, Yunis Əliyevin atası Zaur Əliyev, polkovnik leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva, Ceyhun Mustafazadənin atası Şükür Adilov, əsgər Nicat Qarazadənin atası Malik Qarayev, gizir Vidadi Zalovun atası Nizami Zalov, baş leytenant Hüseyn Nəcəfovun atası Abbasqulu Nəcəfov, əsgər Rahid Sadıxovun atası Vahid Sadıxov, əsgər Dmitriy Solntsyevin bacısı Yuliya Solntsyeva, Bəhram və İman Məmmədzadə qardaşlarının atası Elman Məmmədzadə, Denis Proninin həyat yoldaşı Aynurə Pronina, mayor Şahlar Cəfərovun atası Fəzail Cəfərov, eləcə də Vətən müharibəsi qaziləri və veteranları iştirak ediblər.

    Zəfərimizin 5 illiyi münasibətilə təbriklərini çatdıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Zəfərimiz Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi, qəhrəman Azərbaycan Ordusunun rəşadəti və xalqımızın sarsılmaz birliyi sayəsində qazanılmış müqəddəs qələbədir. Biz 30 ilə yaxın davam edən işğala son qoyduq, Vətənimizin ərazi bütövlüyünü bərpa etdik, milli qürurumuzu və dövlətimizin gücünü bütün dünyaya göstərdik. Komitə sədri vurğulayıb ki, Zəfərimizin əsasında xalqımızın birliyi, inancı, Vətən sevgisi və fədakarlığı dayanır. Dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları, ölkəmizin çoxəsrlik tolerantlıq ənənələrinin, multikultural dəyərlərinin canlı sübutu olaraq bir amal uğrunda birləşdilər. Qələbəmizin ruhunun gələcək nəsillər üçün milli qürur və Vətən sevgisi məktəbi olduğunu qeyd edən Ramin Məmmədov şəhidlərimizin ruhunun sonsuz ehtiramla xatırlanacağını, qazilərimizin qəhrəmanlığını daim uca tutulacağını deyib.

    Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov bildirib ki, hər bir xalq üçün ən yüksək zirvə onun qəhrəman xalq kimi tanınması, hər bir dövlət üçün isə ən böyük nemət onun qalib dövlət kimi etiraf olunmasıdır. O, qeyd edib ki, beş il əvvəl Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörənliyi sayəsində tariximizin ən möhtəşəm səhifələrindən biri yazılıb. Əli Əhmədov çıxışı zamanı şəhidlərin xatirəsinin böyük ehtiramla anıldığını vurğulayaraq bildirib ki, qəhrəmanlıq xalqın milli birliyini və inkişafını təmin edən əsas motivasiyadır. Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, Azərbaycan tarixində bir çox böyük qələbələr olsa da, 2020-ci ildə qazanılan Zəfər xüsusi əhəmiyyətə malikdir.

    Vətən müharibəsi şəhidi mayor Şahlar Cəfərovun atası Fəzail Cəfərov qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasətinin, xalqımızın birliyinin, dövlətimizin gücünün və əzminin təntənəsi idi. Bu Zəfər bütün xalqın bir araya gələrək yazdığı qəhrəmanlıq dastanıdır

    “Vətən müharibəsi – 5 il”: Zəfərin ildönümü şəhid ailələri və qazilərin iştirakı ilə qeyd olundu
    “Vətən müharibəsi – 5 il”: Zəfərin ildönümü şəhid ailələri və qazilərin iştirakı ilə qeyd olundu
    “Vətən müharibəsi – 5 il”: Zəfərin ildönümü şəhid ailələri və qazilərin iştirakı ilə qeyd olundu
    #Azərbaycan #Milli Məclis #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Zəfər Günü #Vətən müharibəsi – 5 il: Birliyin zəfəri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Çin nümayəndə heyəti Azərbaycana səfər edib

    15 Dekabr 2025 10:44

    Bu gün Ümumdünya Türk Dili Ailəsi günüdür

    15 Dekabr 2025 09:55

    Azərbaycan və Özbəkistan arasında mədəni əməkdaşlıq hər il zənginləşir - Səfir

    14 Dekabr 2025 23:00

    "Kəpəz" "Qəbələ"yə, "Qarabağ" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa

    14 Dekabr 2025 21:20

    Azərbaycan–Özbəkistan münasibətləri bütün sahələrdə dinamik inkişaf edir – Fərid Cəfərov

    14 Dekabr 2025 20:11

    Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilir

    14 Dekabr 2025 19:52

    FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

    14 Dekabr 2025 19:17

    Bakıda keçirilən veteran stolüstü tennisçilər arasında turnirin qalibləri müəyyənləşib

    14 Dekabr 2025 18:36

    Mədəniyyət naziri Adil Kərimli BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda iştirak edir

    14 Dekabr 2025 15:17

    Azərbaycan karateçiləri dünya çempionatında uğurla çıxış ediblər

    14 Dekabr 2025 15:04

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

    14 Dekabr 2025 14:08

    FHN işğaldan azad olunmuş ərazilərdə vətəndaşların maarifləndirilməsi işini davam etdirir

    14 Dekabr 2025 11:19
    Demo
    XƏBƏR LENTİ

    Ciddə hava limanı 2025-ci ildə 50 milyon sərnişinlə rekord göstəriciyə çatıb

    İraq seçkilərinin nəticələri Ali Federal Məhkəmə tərəfindən təsdiqlənib

    Tunisdə miqrantlara yardımda ittiham olunan QHT əməkdaşları hakim qarşısına çıxarılıb

    Türkiyə Neft Şirkəti 2026-cı ildə Somalidə qazma işlərinə başlayacaq - Alparslan Bayraktar

    Əczaçılıq ordudan önəmlidir: İran dövlətçiliyində gizli böhran

    Fidan, İordaniya və Səudiyyə Ərəbistanı həmkarları ilə Qəzza sülh planını müzakirə edib

    Bakı-Naxçıvan dəhlizi Türk dövlətləri arasında ticarəti gücləndirəcək - Ərdoğan

    Aİ Sudanın Darfur bölgəsinə humanitar yardım üçün hava körpüsü yaradıb

    Türkiyədən Qətərə polad ixracı azalıb (ÖZƏL)

    Rusiya–Ukrayna müharibəsində diplomatik dialoq üçün İstanbul əsas mərkəz olaraq qalır - Hakan Fidan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.