BAKI, AzerVoice
Baykar, Cənubi Koreyanın bayraq daşıyıcı aviaşirkəti Korean Air ilə əməkdaşlıq üçün memorandum imzalayıb.
AzerVoice xəbər verir ki, 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF 2025) Milli Müdafiə Nazirliyinin ev sahibliyi, Prezidentin Müdafiə Sənayesi İdarəsinin dəstəyi, Türk Silahlı Qüvvələrini Gücləndirmə Fondunun (TSKGV) idarə və məsuliyyətində və KFA Fuarcılıq AŞ-nin təşkilatçılığı ilə İstanbul Sərgi Mərkəzində (İFM) keçirilib.
Sərgi çərçivəsində keçirilən mərasimdə əməkdaşlıq anlaşmasını Baykarın Baş Direktoru Haluk Bayraktar və Korean Air-in Baş Direktoru Kh Lee imzalayıb.
Qeyd edək ki, IDEF 2025 sərgisi 22–27 iyul tarixlərində İstanbulda keçirilir. Tədbir Milli Müdafiə Nazirliyinin ev sahibliyi, Prezidentliyə bağlı Müdafiə Sənayesi İdarəsinin dəstəyi və Türk Silahlı Qüvvələrini Gücləndirmə Fondunun rəhbərliyi ilə təşkil olunub. Sərgi dünyanın müxtəlif ölkələrindən dövlət və sənaye nümayəndələrinin iştirakı ilə keçirilir.