Əsas səhifə » Məqsədimiz Rusiya-Ukrayna müharibəsini dayandırmaqdır - Hakan Fidan

Məqsədimiz Rusiya-Ukrayna müharibəsini dayandırmaqdır - Hakan Fidan

BAKI, AzerVoice

Məqsədimiz Rusiya-Ukrayna müharibəsini dayandırmaqdır.

AzerVoice xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“İstanbulda keçirilən görüşlər diplomatiyanın sülhün təminində münaqişə və silahlardan daha təsirli olduğunu sübut etmək imkanı yaradır. Heyət rəhbərlərinə və nümayəndə heyəti üzvlərinə bir daha təşəkkür edirəm. Bu gün keçiriləcək görüşlərin Ukrayna və Rusiya xalqları üçün xeyirli nəticələrə səbəb olmasını diləyirəm. Hörmətli media nümayəndələrinə də göstərdikləri maraq üçün çox təşəkkür edirəm" - deyə, nazir bildirib.

"Məqsədimiz bu müharibəni dayandırmaqdır. Əsas hədəf sülhə gedən yolu inşa edəcək bir atəşkəsdir” - deyə, o əlavə edib.

Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların 2-ci turu baş tutub. Danışıqlar nəticəsində tərəflər hər tərəfdən 6 min hərbçinin meyitinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı razılığa gəlmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice