Əsas səhifə » Ali Yerlikaya Suriyanın Fövqəladə Hallar naziri Raid Salih ilə görüşüb

Ali Yerlikaya Suriyanın Fövqəladə Hallar naziri Raid Salih ilə görüşüb

BAKI,AzerVoice

Türkiyə Daxili İşlər nazir Ali Yerlikaya Suriyanın Fövqəladə Hallar və Fəlakətlərin İdarə Olunması naziri Raid Salih ilə görüşüb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya sosial mediada paylaşımında məlumat verib.

Paylaşımda Suriyanın Fövqəladə Hallar və Fəlakətlərin İdarə Olunması naziri Raid Salih və onun heyətini qonaq etdiyini bildirib.

"Nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi sahəsində əməkdaşlıq, bacarıqların artırılması və təcrübə mübadiləsi imkanlarını müzakirə etdik. Nazirə və nümayəndə heyətinə xoş səfərlərinə görə təşəkkür edirəm"- deyə Yerlikaya qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice