Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    MAQATE İranın nüvə obyektərində yoxlamaları davam etdirmək istəyir - İran rəsmisi

    23 İyul 2025 21:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İran rəsmiləri hesab edir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) iyun ayında İranın nüvə obyektlərinə ABŞ və İsrail tərəfindən endirilmiş zərbələrin effektivliyini qiymətləndirmək məqsədilə həmin obyektlərdə yoxlamaları davam etdirmək istəyir.

    AzerVoice xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazim Qəribabadi BMT çərçivəsində Nyu-Yorkda keçirilən tədbirlər zamanı jurnalistlərə açıqlama verib.

    “Bu, mənim üçün böyük bir sualdır – niyə onlar (yəni MAQATE – red.) ora müfəttişlər göndərməkdə israr edirlər? Əgər bu obyektlər doğrudan da məhv edilibsə, narahatlıq üçün heç bir əsas yoxdur. Ora səfər tələbi yalnız bir halda mümkündür - əgər onlar zərbələrin nə dərəcədə effektiv olduğunu öyrənmək istəyirlərsə. Bu, onların əsas motivi olmalıdır” – deyə, Qəribabadi vurğulayıb.

    O, həm MAQATE-nin, həm də İsrail rəsmilərinin əvvəlki bəyanatlarına diqqət çəkib.

    “Onlar (ABŞ və İsrail – red.) İranın Nətənz, İsfahan və Arakın nüvə obyektlərinin məhv edildiyini iddia etdilər. Arak ilk hücumlar zamanı İsrailin hədəfinə çevrildi və onların dediyinə görə, obyekt tamamilə məhv olunub” - deyə, o bildirib.

    Qəribabadi əlavə edib ki, əgər bu obyektlər doğrudan da məhv edilibsə, orada heç bir fəaliyyətin aparılması mümkün deyil.

    Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.

    Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

    ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

    İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

    #İran #MAQATE #AEBA #Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) #nüvə proqramı #İsrail və İran gərginliyi #Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) #İsrail və İran münasibətləri #İsrail-İran münaqişəsi #İranın nüvə proqramı #İran-İsrail geosiyasi mübarizəsi #İran nüvə proqramı #İran və İsrail gərginliyi #İran Xarici İşlər Nazirliyi #Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) #İranın nüvə proqramı və beynəlxalq reaksiyalar #İranın nüvə proqramı 2025 #İsrail İran hücumu #İranın nüvə obyektləri #Nətənz nüvə obyekti #İsrail İran hücumu 2025 #İsrail İran əməliyyatı 2025 #Kazim Qəribabadi #Fordo nüvə obyekti #ABŞ-İsrail-İran üçbucağı #İsrail-İran atəşkəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    6 Noyabr 2025 12:28

    İran raket proqramını danışıqlardan çıxardı

    6 Noyabr 2025 09:02

    Rusiya nüvə sınaqlarına hazırlaşır

    6 Noyabr 2025 02:00

    C5+1 formatı Azərbaycanla birlikdə C6 formatına çevrilməlidir - Riçard Hoqland

    5 Noyabr 2025 20:17

    İran nüvə müfəttişləri ilə əməkdaşlığı gücləndirməlidir - Qrossi

    5 Noyabr 2025 12:25

    İran müharibə istəmir, amma hər hansı təxribatın cavabı sərt olacaq - Pezeşkian

    4 Noyabr 2025 14:59

    Həsən Ruhani parlament və dövlət televiziyasını qaralama kampaniyasında ittiham etdi

    4 Noyabr 2025 09:24

    Türkiyədən İrana avtomobil ixracı azalıb (ÖZƏL)

    2 Noyabr 2025 15:00

    ABŞ-lə nüvə danışıqları aparmayacağıq - Əraqçi

    1 Noyabr 2025 22:00

    İran Sudanın ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edib

    1 Noyabr 2025 10:25

    Lariçani xəbərdarlıq edir: siyasi liderlər təhlükəni dərk etməyib

    1 Noyabr 2025 08:00

    İran, İsrailə qarşı Türkiyə–Səudiyyə–İran ittifaqı yaratmağa çalışır

    31 Oktyabr 2025 21:45
    Demo
    XƏBƏR LENTİ

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    Sudanda atəşkəs elan edildi

    Bu gün ABŞ siyasətində iki Afrika əsilli amerikalı ilkə imza atdı

    Tarixdə bu gün - 7 noyabr

    44 günlük Vətən müharibəsinin xronikası: 7 noyabr

    İslamabad Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

    Prezident İlham Əliyev: Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılır

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Məhkəmədə Arayik Harutyunla, Levon Mnatsakanyanla, Bako Sahakyanla, David Manukyanla və Arkadi Qukasyanla bağlı sübutlar elan olunub

    Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Prezident İlham Əliyevi təbrik edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.