Əsas səhifə » Rusiya-Ukrayna danışıqlarının üçüncü mərhələsi başa çatıb (YENİLƏNİB)

Rusiya-Ukrayna danışıqlarının üçüncü mərhələsi başa çatıb (YENİLƏNİB)

BAKI, AzerVoice

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqların üçüncü raundu başa çatıb.

AzerVoice xəbər verir ki, görüş İstanbulda, Çırağan sarayında yerli vaxtla saat 20:27-də (Bakı vaxtı ilə saat 21:37) başlayıb və təxminən 40 dəqiqə davam edib.

Danışıqların yekununa əsasən, tərəflər yalnız hərbi əsirlərlə deyil, həm də mülki şəxslərlə qarşılıqlı mübadilə aparacaqlar.

Həmçinin bildirilib ki, tərəflər arasında danışıqların növbəti raundu keçirilməyəcək.

22:36

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başlayıb.

AzerVoice xəbər verir ki, danışıqlar İstanbulda Çırağan sarayında keçirilir.

Ukrayna nümayəndə heyətini Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov təmsil edir. Rusiya tərəfinə isə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir.

Görüş başlamazdan əvvəl Medinski Umerov Çırağan sarayında təkbətək görüş keçiriblər.

Danışıqların yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 20:00-da) başlanması planlaşdırılmışdı. Lakin geniş tərkibli görüş faktiki olaraq təxminən bir saat gec başlayıb.

Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların 2-ci turu baş tutub. Danışıqlar nəticəsində tərəflər hər tərəfdən 6 min hərbçinin meyitinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı razılığa gəlmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice