Misirdə əcnəbi şagirdlərin təhsil aldığı əl-Əzhər liseyinin
təşkil etdiyi beynəlxalq İslam mədəniyyəti müsabiqəsində
azərbaycanlı gənc, diaspor fəalı Mustafa Nəsirov ümumi biliklər
üzrə üçüncü yer tutub.
AzerVoiceAZƏRTAC-a istinadən xəbər verir ki, beş
mindən çox şagird arasında keçirilmiş bilik yarışında 10 nəfər
fərqlənib. Qaliblərə pul mükafatı və şəhadətnamələr təqdim olunub.
Birinci və ikinci yerləri uqandalı və nigeriyalı şagirdlər
tutub.
Qaliblərin şərəfinə ölkələrinin bayraqları liseyin həyətində
ucaldılıb.