BAKI, AzerVoice
Türkiyə-İraq neft müqaviləsi bu 2026-cı ilin iyulunda başa çatır.
AzerVoice xəbər verir ki, Türkiyə ilə
İraq arasında neft boru kəməri üzrə mövcud müqavilənin və ona əlavə
olunan razılaşmaların müddəti 2026-cı ilin iyulunda başa çatır.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı “Resmi
Gazete”də dərc olunub.
Müqavilə 27 avqust 1973-cü ildə imzalanıb və 22 aprel 1975-ci ildə Türkiyə Nazirlər Şurasının qərarı ilə təsdiqlənib. Növbəti illərdə müqaviləyə əlavə protokollar, anlaşma memorandumları və dəyişiklik sazişləri daxil edilib. Bunların arasında 1981, 1986 və 2011-ci illərdə təsdiqlənmiş sənədlər də yer alır.
Prezidentin qərarına əsasən, tərəflər arasında qüvvədə olan müqavilələr, əlavələr və protokollar 27 iyul 2026-cı ildən etibarən qüvvədən düşəcək.
Qeyd edək ki, bu müqavilə əsasında Türkiyə və İraq arasında xam neftin boru kəməri ilə nəqli həyata keçirilir və regionda enerji əməkdaşlığının əsas sütunlarından biri hesab olunur.