9
BAKI, AzerVoice
Konyanın Doğanhisar rayonunda dünən səhər yerli saatla 11:00 radələrində başlayan yanğın üçüncü günündə davam edir.
AzerVoice xəbər verir ki, hazırda yanğınla 101 texnika, 333 canlı qüvvə, bir təyyarə və üç helikopter mübarizə aparır.
30 dərəcə Selsi temperaturu və saatda 10 kilometrə çatan külək nəticəsində alov Kətənli yaylasına doğru irəliləyib. Hava qaraldıqdan sonra davam edən səylərə baxmayaraq, alov Ispartanın Şarkikaraağaç mahalı sərhədinə yaxınlaşıb.
Qeyd edək ki, yanğının başlaması ilə əlaqədar heyvan otararkən yanğını törədən 15 yaşlı oğlan nəzarətə götürülüb.