6
BAKI, AzerVoice
Rəsmi İrəvana nəqliyyat kommunikasiyalarının açılması üçün Ermənistan və Azərbaycan arasındakı dəhlizin idarə olunması üzrə ABŞ tərəfindən təklif daxil olub.
AzerVoice Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
"Hazırda, bu mərhələdə bu, Amerika Birləşmiş Ştatlarının təklifidir və biz həmin təklifi müzakirə edirik. Bu təklif bizi maraqlandırsa da, hələlik bu məsələ ilə bağlı razılaşma yoxdur.
Belə bir razılaşma əldə oluna bilərmi? Bəli, ola bilər", – deyə o, Azərbaycanla sülh sazişi çərçivəsində nəqliyyat dəhlizinə hansı ölkənin və ya beynəlxalq təşkilatın nəzarət edə biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.