Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Müdafiə Nazirliyinin
nümayəndələri ilə NATO-nun ekspert heyəti arasında işçi görüşü
keçirilib.
AzerVoice xəbər verir ki, bu barədə Müdafiə
Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və NATO arasında əməkdaşlığın
cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi
aparılıb.
Tərəflər, həmçinin NATO-nun “Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq
proqramı” və “Planlaşdırma və analiz prosesi” sənədləri
çərçivəsində görülmüş işləri müzakirə ediblər.