BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin iyun ayında Azərbaycana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz azalaraq, 12 milyon 650 min dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 98 milyon 549 min 63 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq, 8 milyard 328 milyon 369 min dollara bərabər olub.
“Bu ilin iyun ayında Türkiyə 1 milyard 277 milyon 269 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 7,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 17 milyard 164 min 529 dollar məbləğində elektrik avadanlıqları ixrac edib.