BAKI, AzerVoice
Mərmərə adası yaxınlığında 200 sərnişin və 70 nəqliyyat vasitəsinin olduğu bərədə yanğın baş verib.
Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə barədə məlumat alan Sahil Mühafizəsinin Cənubi Marmara Əməliyyat Mərkəzi dərhal tədbirə başlayıb.
Hadisə yerinə TCSG-313 və KB-70 tipli katerlər göndərilib. Eyni zamanda Sahil Təhlükəsizliyi Baş İdarəsinə bağlı "KIYEM-4" kateri hadisə yerinə çatıb, "KIYEM-6" katerinin isə təxminən 1 saat 30 dəqiqəlik məsafədə olduğu bildirilib.
Bərənin kapitanı bildirib ki, yanğın mühərrik otağında başlayıb. Mexaniki izolyasiya təmin edilib, lakin CO2 otağına hələ çatmaq mümkün deyil.
Kapitanın gəmini tərk etmək barədə hər hansı bir tələbi olmadığı, indiyə qədər ölü və ya yaralı olmadığı qeyd olunub. Bərədəki vətəndaşların təhlükəsiz şəkildə təxliyəsi və xilasetmə işləri üçün planlaşdırmalar davam etdirilir.