BAKI, AzerVoice
Terrorun Türkiyədən və regiondan çıxarılması üçün vacib addım atılıb.
AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nahyan ilə apardığı telefon danışığı zamanı deyib.
Söhbət zamanı, Ərdoğan “Terrorsuz Türkiyə” prosesi çərçivəsində terrorun həm Türkiyənin, həm də bölgənin gündəmindən çıxarılması üçün ciddi addım atdıqlarını və bu istiqamətdə qətiyyətlə irəliləyəcəklərini bildirib.
BƏƏ Prezidenti Əl Nahyan isə, Türkiyənin “Terrorsuz Türkiyə” hədəfinin regionun təhlükəsizliyinə mühüm töhfə verəcəyini bildirib və bu prosesi uğurla tamamlamasını arzulayıb.
Ərdoğan iki ölkə arasında strateji əməkdaşlığın hər sahədə müsbət nəticələr verdiyini, xüsusilə müdafiə sənayesi və yeni texnologiyalar sahəsində böyük potensialın olduğunu vurğulayıb.