11
BAKI,AzerVoice
Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelikin "Prezident Rəcəb Tayyib Ərdoğan bu gün tarixi çıxış edəcək" açıqlamasının ardından bütün diqqətlər Ankaraya yönəlib.
AzerVoice xəbər verir ki, Türkiyə bu gün 41 illik terror dövrünün sonuna dair həlledici açıqlamanın şahidi olmağa hazırlaşır.
Partiya sədr müavini və sözçüsü Ömər Çəlik, terror təşkilatı PKK-nın silah buraxması ilə bağlı danışaraq, bu günün həm Türkiyə siyasi tarixi, həm də region baxımından tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb. O bildirib ki, PKK-nın silah buraxma prosesi çox sürətlə və qətiyyətlə tamamlanmalıdır.
Tarixi açıqlamanın Türkiyə cəmiyyətində və regionda hansı dəyişikliklərə yol açacağı böyük maraqla gözlənilir.