Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Trampın səhhəti ilə bağlı fərziyyələr - Ağ evdə sükut

    30 Avqust 2025 11:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    ABŞ Prezidenti Donald Trampın çərşənbə axşamından bəri ictimaiyyət qarşısında görünməməsi sosial mediada ciddi maraq və fərziyyələrə səbəb olub. Səhhəti ilə bağlı iddialar artarkən, Ağ Ev rəsmi açıqlama verməyib.

    AzerVoice xəbər verir ki, məlumata görə, Trampın avqustun 30 və 31-də heç bir ictimai tədbiri planlaşdırılmayıb. X platformasında istifadəçilər, “Tramp çərşənbə axşamından bəri yoxdur, nə baş verir?” kimi suallar qaldırıb. Prezidentin Truth Social platformasında aktiv olması isə onun fiziki yoxluğunu kompensasiya etməyib.

    Washington Times-ın məlumatına görə, Tramp əvvəlcə Nyu Cersi ştatının Bedminster şəhərində Əmək Günü tətilini keçirməyi planlaşdırsa da, bu planları ləğv edərək Ağ Evdə qalmağa qərar verib. Lakin sosial mediada sağlamlıqla bağlı fərziyyələr, xüsusilə əllərindəki qançırların səbəb olduğu narahatlıqlar diqqət çəkib. Prezidentin həkimi Sean Barbabella, bu qançırların tez-tez əl sıxma və aspirin istifadəsindən qaynaqlandığını, Trampın “əla ruhi və fiziki sağlamlığı” olduğunu bildirib. Ağ Evin mətbuat katibi Karoline Leavitt də Independent qəzetinə Trampın xroniki venoz çatışmazlıq (CVI) diaqnozu ilə yaşadığını təsdiqləyib.

    Vitse-prezident J.D. Vance isə USA Today-ə verdiyi müsahibədə Trampın səhhətinin yaxşı olduğunu, lakin “bir faciə” halında vəzifəni üstələnməyə hazır olduğunu qeyd edib.

    #ABŞ #Donald Tramp #Tramp administrasiyası #ABŞ-ın vitse-prezidenti J.D. Vance #Trampın prezidentlik müddəti #Trampın səhhəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10
    XƏBƏR LENTİ

    İstanbulda “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” proqramı başa çatıb

    Nihad Muxtarlı Nazirliyin Aparat rəhbərinin müavini təyin edildi

    Türkiyə ilə Səudiyyə regional məsələləri müzakirə edib

    TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi

    Türkiyə ilə Liviya arasında təhlükəsizlik əməkdaşlığı müzakirə olunub

    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    Xaricdə təhsil üzrə dövlət proqramına müraciətlər apreldə başlayır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.