Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    İran Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını dəstəkləyir – Pezeşkian

    1 Sentyabr 2025 20:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İran regionda sülh və sabitliyin möhkəmlənməsi istiqamətində Azərbaycan və Ermənistan arasındakı razılaşmanı dəstəkləyir.

    AzerVoice xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bu gün Çində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

    Onun sözlərinə görə, İran, eyni zamanda, Cənubi Qafqazda regiondan kənar qüvvələrin istənilən iştirakına qarşıdır.

    Pezeşkian bildirib ki, bu əsasda İran qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə çalışır.

    “İran və Türkiyə arasında ticarət dövriyyəsinin artması üçün iki ölkənin bank və gömrük əməkdaşlığının sadələşdirilməsinə ehtiyac var. İran iki ölkə münasibətlərinin yüksəldilməsi və əməkdaşlığın inkişafı qarşısındakı ehtimal olunan maneələrin aradan qaldırlması prosesinin sürətləndirilməsində əməkdaşlıq etməyə hazırdır”, - deyə o qeyd edib.

    İran prezidenti deyib ki, İran ölkənin nüvə hüququnun rəsmən tanınması əsasında və qarşılıqlı uduş-uduş çərçivəsində ABŞ ilə danışıqlar aparmağa hazırdır. Avropa üçlüyünün öz öhdəliklərini yerinə yetirmədiyinə görə, BMT Təhlükəsizlik Şurasının İran əleyhinə sanksiyalarını bərpa etməyi nəzərdə tutan “snapback” mexanizmini tətbiq etmək hüququ yoxdur. Bu mexanizm tətbiq olunduğu halda ikitərəfli danışıqlar və qarşılıqlı əlaqələrə zərbə dəyəcək.

    Görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, İranın dinc məqsədli nüvə fəaliyyətləri sahəsində qanuni haqqı var. “Snapback” mexanizminin aktivləşməsinin heç bir xeyri yoxdur.

    “İki ölkənin birgə əməkdaşlıq ali komissiyasının iclasının tez bir zamanda keçirilməsi əhəmiyyət kəsb edir. Bu məqsədlə İrana səfər edəcəyəm”, - deyə o qeyd edib.

    #İran #Azərbaycan #Ermənistan #Çin #sülh müqaviləsi #sülh sazişi #Məsud Pezeşkian #Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) #ŞƏT #Azərbaycan-Ermənistan sülh sazişi 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Çin prezidenti ilə görüşümüz məhsuldar olacaq - Tramp

    25 Oktyabr 2025 21:15

    İran XİN Qazaxıstanın Respublika Günü münasibətilə təbrik edib

    25 Oktyabr 2025 12:54

    Tramp Kim ilə görüşəcək ?

    25 Oktyabr 2025 10:51

    İran, Rusiya və Çin MAQATE-yə ortaq məktub göndərib

    25 Oktyabr 2025 10:02

    Ceyhun Bayramov TDT baş katibi Kubanıçbek Omuralıyevi qəbul edib

    24 Oktyabr 2025 16:24

    Türkiyədən İrana kimyəvi maddə ixracı 365 milyon dolları keçib (ÖZƏL)

    24 Oktyabr 2025 13:03

    Azərbaycanın sədrliyi dövründə TDT mühüm nəticələrə nail olacaq - Mikayıl Cabbarov

    24 Oktyabr 2025 12:36

    Bakı Arbitraj Mərkəzinin açılış mərasimi keçirilir

    24 Oktyabr 2025 11:13

    İran Qərb sahilinin ilhaq qərarını Fələstinin məhv planının bir hissəsi hesab edir

    24 Oktyabr 2025 09:39

    Tramp oktyabrın 30-da Si Cinpinlə görüş keçirəcək - Ağ Ev

    23 Oktyabr 2025 22:32

    Azərbaycanın dövlət borcu 2026-cı ilin sonuna 27,1 milyard manat səviyyəsinə çatacaq

    23 Oktyabr 2025 17:17

    İran iqtisadi diplomatiya ilə sanksiyaların təsirini azaltmağı planlaşdırır

    23 Oktyabr 2025 16:48
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədə Qırğızıstan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

    Türkiyədən Rusiyaya xalça ixracı 14 milyon dolları keçib (ÖZƏL)

    PKK Türkiyədən çıxır

    Türkiyənin Tekirdağ limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Bir hadisə, iki baxış: Qədir-Xum mübahisəsinin tarixi kökləri

    Siyasət mənim qanımdadır - Kamala Harris

    Türkiyəyə Azərbaycandan nefti ixracı 70 faizə yaxın azalıb

    Türkiyədən Türkmənistana avtomobil ixracı azalıb (ÖZƏL)

    Diyarbəkir hava limanında sərnişindaşıma 1 milyon nəfəri keçib (ÖZƏL)

    Yuxuda akkоrdеоn görmək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.