Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Biz Türkiyəni etibarlı və sübut edilmiş tərəfdaş kimi görürük - Putin

    1 Sentyabr 2025 14:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Rusiyanın Prezidenti Vladimir Putin Türkiyəni həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq arenada etibarlı tərəfdaş kimi gördüklərini bildirib və "Türkiyənin bu mövzularda (Rusiya-Ukrayna danışıqlarındakı) xüsusi rolunun tələb olunmağa davam edəcəyinə əminəm" deyib.

    AzerVoice xəbər verir ki, Kremldən verilən açıqlamaya görə, Putin Çin’in Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Dövlət Başçılar Şurası Zirvəsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

    Putin Ərdoğanla qurucu və qarşılıqlı hörmət əsasında olan şəxsi təmaslarını yüksək qiymətləndirdiyini bildirib: "Bu, yaxşı qonşuluq prinsipləri və Rusiya-Türkiyə münasibətlərinin ənənəvi dostluq prinsipləri ilə tam uyğun gəlir. Türkiyəni həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq arenada etibarlı və özünü doğrultmuş tərəfdaş kimi görürük." - deyə qeyd edib.

    Putin iki ölkə arasındakı ticarət və iqtisadi əməkdaşlığın dinamikasından məmnun olduqlarını vurğulayaraq, ötən il ticarət həcminin 6,6 faiz artdığını, bu ilin ilk yarısında isə təxminən 3 faiz artım olduğunu diqqətə çatdırıb.

    Hökumətlərarası komissiyanın fəal işlədiyini və son iclasını iyun ayının sonunda Moskvada keçirdiyini xatırladan Putin bildirib ki, "Böyükmiqyaslı qarşılıqlı sərmayələr həyata keçirilir. Rusiya şirkətləri Türkiyə iqtisadiyyatının metal emalı və avtomobil sənayesi kimi sahələrində böyük layihələr həyata keçirir. Türkiyə şirkətləri isə Rusiyada maşınqayırma, metal emalı və taxta emalı sahələrində geniş şəkildə təmsil olunur."

    Putin enerji sektorundakı əməkdaşlığın həqiqətən strateji olduğunu qeyd edərək, "Türkiyənin ən vacib təbii qaz təchizatçılarından biri Rusiyadır. Hazırda Mavi Axın və TürkAxın boru kəmərləri vasitəsilə Xəzər dənizi üzərindən fasiləsiz ixrac həyata keçirilir." deyib.

    Rusiya Dövlət Nüvə Enerjisi Təşkilatı Rosatoma aid amiral gəmi layihəsi olan Türkiyənin ilk nüvə elektrik stansiyası Akkuyunun tikintisinin davam etdiyini bildirən Putin, stansiyanın ilk enerji blokunun tezliklə işə salınması üçün hazırlıqların davam etdiyini vurğulayıb.

    Ötən il Türkiyəyə gələn turistlər arasında rusların yenə də ilk sırada olmasını əhəmiyyətli inkişaf kimi qiymətləndirən Putin belə deyib:

    “Mənə elə gəlir ki, yeni tarixi rekord qırıldı. 6,7 milyondan çox Rusiya vətəndaşı ölkəni ziyarət etdi. Bu, əvvəlki ilə nisbətən 6,3 faiz artım deməkdir. Bu, əlbəttə ki, əsasən sizin (Ərdoğanın) sayənizdədir, cənab Prezident, çünki vətəndaşlarımızın Türkiyədə özlərini evdə və təhlükəsiz hiss etməsi, ətraflarında müsbət atmosferin yaradılması üçün lazım olan şəraitin təmin olunması sizin xidmətinizdir.”

    Rusiya lideri Putin Türkiyə ilə beynəlxalq arenada konstruktiv qarşılıqlı əlaqəyə böyük önəm verdiklərini, bu qarşılıqlı əlaqənin 2012-ci ildən bəri dialoq tərəfdaşı statusunda olan ŞƏT çərçivəsində ortaq fəaliyyətlərlə həyata keçirildiyini bildirib.

    Ukrayna böhranının həllinə yönələn siyasi və diplomatik səylərə verdikləri önəmli töhfələrə görə türk dostlarına minnətdarlığını ifadə edən Putin deyib:

    “Bu ilin may ayından bəri İstanbulda üç tur birbaşa Rusiya-Ukrayna danışıqları keçirilib. Bu danışıqlar humanitar sahədə bir sıra praktiki problemlərin həllində irəliləyiş əldə etməyə imkan verdi. Türkiyənin bu mövzulardakı xüsusi rolunun tələb olunmağa davam edəcəyinə əminəm.”

    Putin, Yaxın Şərq, Şimali Afrika və Cənubi Qafqaz kimi ortaq maraq sahələrinə də diqqət yetirdiklərini və bütün bu sahələrdə Rusiya-Türkiyə əməkdaşlığını "dərin, konkret, faydalı və etibarlı" kimi xarakterizə etdiyini bildirib.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Vladimir Putin #Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) #Türkiyə-Rusiya-Ukrayna vasitəçiliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Asılılıqla mübarizədə birlikdə olmalıyıq - Ərdoğan

    6 Dekabr 2025 14:05

    Azərbaycan TDT ilə sosial sahədə təcrübə mübadiləsinə hazırdır - Nazir

    6 Dekabr 2025 13:15

    "Fənərbaxça"dan ayrılan müdafiəçi İstanbul klubunun hədəfindədir

    6 Dekabr 2025 13:10

    Ərəb və müsəlman ölkələri Qəzza sakinlərinin Misirə köçürülməsi planı ilə bağlı narahatdır

    6 Dekabr 2025 10:17

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    Rusiya və Hindistan liderləri strateji əməkdaşlığı gücləndirdi

    5 Dekabr 2025 13:56

    4 ölkənin iştirakı ilə "Doğu Akdeniz - 2025" təlimi keçirilib

    3 Dekabr 2025 16:50

    Ərdoğan və Makron Ukrayna, Qafqaz və Yaxın Şərqdə sülh yolunu müzakirə ediblər

    3 Dekabr 2025 11:52

    Terroru bitirəcəyik, separatçılığa son qoyacağıq - Bahçeli

    3 Dekabr 2025 10:08

    Türkiyə ilə əczaçılıq sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

    2 Dekabr 2025 19:02

    Türkiyə və Pakistan neft və qaz sahələrində anlaşma imzalayıb

    2 Dekabr 2025 17:13

    Türkiyə idarəetmə məhkəmələrində işləri Avropadan daha tez həll edir - Ərdoğan

    2 Dekabr 2025 16:36
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Fransaya sement ixracı azalıb (ÖZƏL)

    Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının rəhbəri ilə görüşüb

    Makron Zelenski ilə telefon danışığı aparıb

    Türkiyədən Özbəkistana hazır geyim ixracı 28 milyon dolları keçib (ÖZƏL)

    Noyabr ayında Türkiyədə 55 mindən çox qəza baş verib (ÖZƏL)

    Türkiyədən Azərbaycana avtomobil ixracı 82 milyon dolları keçib (ÖZƏL)

    HƏMAS silahlarını təhvil verməyə hazır olduğunu bəyan edir

    Əbu Şəbabın varisi HƏMAS-a qarşı mübarizə aparacağını deyib

    Çin Qəzza üçün 100 milyon dollarlıq yardım ayıracaq

    Birtərəfli addımlar dövlət suverenliyini zəiflədir, Husiləri gücləndirir - Alimi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.