Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Leman jurnalının Həzrəti Məhəmmədi təsvir edən karikaturasına görə istintaq başlandı

    2 İyul 2025 14:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İstanbul Baş Prokurorluğu, Leman jurnalında Həzrəti Məhəmmədin karikaturasının dərc edilməsi ilə əlaqədar həmin nəşrlə bağlı olan şirkət və şəxslər barəsində maliyyə cinayətləri üzrə istintaq başladıldığını açıqlayıb.

    Baş Prokurorluğun yaydığı bəyanatda, Leman jurnalının 26 iyun tarixli sayında Həzrəti Məhəmməd və Həzrəti Musanın karikatura formasında təsvir olunmuş vizual görüntülərinin yer aldığı rəsmin “xalqı kin və düşmənçiliyə təhrik və ya alçaltma” cinayətinə əsas verə biləcəyi qeyd olunub.

    Bu səbəbdən Türkiyə Cinayət Məcəlləsinin 216-cı maddəsinin birinci bəndinə əsasən rəsmi istintaq başladıldığı bildirilib.

    Açıqlamada əlavə olunub:

    “İstintaq çərçivəsində, şübhəlilər Ali Yavuz, Aslan Özdemir, Cəbrayıl Okçu, Doğan Pəhləvan, Mehmet Tunçay Akgün, Zafer Aknar ilə LM Basın Yayın Limited Şirkəti və onun səlahiyyətli nümayəndəsi Mehmet Çağçağ, eləcə də əlaqəli olduğu qiymətləndirilən LMK Entertainment Company (Leman Kültür) və onun yetkilisi Kemal Şentürk barəsində, bu təhqiramiz hərəkətin həyata keçirilməsi üçün daxili və ya xarici maliyyə dəstəyi alıb-almadıqlarının müəyyənləşdirilməsi və əldə ediləcək nəticələrin istintaqa yön verməsi üçün maliyyə istintaqı aparılır.”

    İstanbul Baş Prokurorluğunun Həzrəti Məhəmmədə qarşı karikatura dərc olunması ilə bağlı “dini dəyərləri açıq-aşkar təhqir etmək” ittihamı ilə başladığı istintaq çərçivəsində saxlanılan dörd şübhəlinin polis idarəsindəki prosedurları yekunlaşıb.

    İstintaq çərçivəsində, adıçəkilən jurnalın həmin sayı üçün toplatma qərarı verilib. Bununla yanaşı, jurnalın sosial media hesablarına girişi məhdudlaşdırmaq üçün də hüquqi prosedurlar başladılıb.

    #Türkiyə #Hz Məhəmməd #Leman jurnalı #Leman etirazı #Hz. Məhəmməd karikaturası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan üç ölkənin səfirlərini qəbul edib

    10 Fevral 2026 16:28

    Aşqabadda Türkiyənin ixrac məhsullarının 12-ci sərgisi açılıb

    10 Fevral 2026 13:30

    Qalatasarayın əfsanə futbolçusu Candemir Berkman vəfat edib

    10 Fevral 2026 12:17

    Türkiyədə FETÖ-nün maliyyə şəbəkəsinə qarşı əməliyyat həyata keçirilib

    10 Fevral 2026 11:42

    İran ABŞ-la nüvə danışıqları barədə region ölkələrini məlumatlandırıb

    10 Fevral 2026 10:11

    Azərbaycan Türkiyə şirkəti ilə biznes imkanlarını müzakirə etdi

    9 Fevral 2026 17:48

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    Azərbaycan və Türkiyə ikitərəfli müttəfiqlik münasibətlərini müzakirə ediblər

    8 Fevral 2026 16:40

    İordaniya Kralı II Abdullah Türkiyəyə rəsmi səfər edib

    7 Fevral 2026 17:16

    Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

    6 Fevral 2026 16:47

    “Fənərbağça” “Ərzurumspor”u məğlub etdi - Türkiyə Kuboku

    6 Fevral 2026 09:18

    MİT Türkiyədə MOSSAD casuslarını zərərsizləşdirib

    6 Fevral 2026 09:15
    Demo
    XƏBƏR LENTİ

    Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib

    Joze Mourinyo 2026 Dünya Kubokundan sonra Portuqaliya millisinin baş məşqçisi ola bilər

    Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı

    Misirdə kabinet islahatı: Prezident Sisi yeni hökumətin hədəflərini açıqlayıb

    Bələdiyyələr üçün iqlim və enerji sahəsində Aİ təşəbbüsü təqdim edilib

    Ərdoğan üç ölkənin səfirlərini qəbul edib

    Macarıstanda türk mədəni irsinin qorunması üçün tarixi addım

    GÖKBEY Səudiyyə Ərəbistanında istehsal olunacaq: Tarixi müqavilə imzalandı

    “Hər məsciddə kitabxana” layihəsi Bakı şəhərində davam etdirilib

    BVF missiyası ilə görüşdə pensiya islahatları və əmək bazarındakı yeniliklər müzakirə edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.