BAKI, AzerVoice
24–25 iyun tarixlərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün Hollandiyaya səfər edəcək.
AzerVoice xəbər verir ki, bu barədə "Resmi Gazate" məlumat verib.
Xatırladaq ki, NATO-nun sammiti bu il Hollandiyada keçiriləcək. Haaqada 32 üzv və tərəfdaş ölkənin dövlət və hökumət başçıları görüşür.
Sammit çəkindirmə və müdafiə mövzusu ilə təşkil edilsə də, Yaxın Şərqdəki qaynar inkişaflar ən mühüm mövzu olacaq.
Dünyanın gündəminin Yaxın Şərqə yönəldiyi bu günlərdə baş tutan NATO zirvəsi olduqca mühüm bir zirvə kimi qiymətləndirilir. İttifaqa üzv ölkələrin liderləri hadisələrin gərgin olduğu bir dövrdə təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Prezident Ərdoğan zirvədə Türkiyənin mövqeyini izah edəcək, bəzi dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.
Prezident Ərdoğanın həm liderlər sessiyasında çıxışında, həm də əlaqələrində Qəzzada baş verən İsrail qətliamına da diqqət çəkməsi gözlənilir.
Qeyd edək ki, ammitin ilk günündə liderlər Hollandiyanın ev sahibliyi edəcəyi şam yeməyinə qatılacaq. Prezident Ərdoğanın çərşənbə günü liderlərin iclasından sonra mətbuat konfransı keçirəcəyi də gözlənilir.
NATO-nun növbəti sammiti Türkiyədə keçiriləcək.