Əsas səhifə » Qətər XİN İranın Dohadakı səfirinə etiraz notası təqdim edib

Qətər XİN İranın Dohadakı səfirinə etiraz notası təqdim edib

BAKI, AzerVoice

Qətər Xarici İşlər Nazirliyi İranın Dohadakı səfiri Əli Saleh Abadini nazirliyə çağıraraq, dünən ABŞ-ın Əl-Udeyd aviabazasına endirilən raket hücumu ilə bağlı ona etiraz notası təqdim edib.

AzerVoice xəbər verir ki, bu barədə nazirliyin bəyanatında qeyd olunub.

Bəyanatda bildirilir ki, Qətər XİN Dohanın İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Əl-Udeyd bazasına endirdiyi zərbəni pislədiyini bir daha təsdiqləyib və vurğulayıb ki, Qətər hakimiyyəti beynəlxalq hüquqa uyğun olaraq bu hücuma cavab vermək hüququnu özündə saxlayır.

Xatırladaq ki, 23 iyun axşam saatlarında İran ABŞ-ın Qətərdə yerləşən bazalarına qarşı "Qələbə müjdəsi" adlı yeni hərbi əmliyyata başlayıb. İran ABŞ-ın Qətərdəki Əl-Udeid hərbi bazasına altı raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice