Əsas səhifə » İsrail dərhal dayandırılmalıdır – Bahçelidən beynəlxalq ictimaiyyətə çağırış

İsrail dərhal dayandırılmalıdır – Bahçelidən beynəlxalq ictimaiyyətə çağırış

BAKI,AzerVoice

Milliyyətçi Hərəkat Partiyası (MHP) sədri Devlet Bahçeli ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi son hücumlara münasibət bildirərək, yaranmış vəziyyəti “çox ciddi” adlandırıb.

AzerVoice xəbər verir ki, o, bu böhranlı dönəmdə beynəlxalq güclərin planlarının düzgün oxunmasının və doğru mövqe tutulmasının bir müstəqillik və dövlətin yaşaması məsələsi olduğunu bildirib.

Bahçelinin sözlərinə görə, bölgə dəhşətli fəlakətlərə doğru sürüklənir. O, İsrailin 13 iyun tarixində İrana qarşı başladığı hərbi əməliyyatların regionda xaos və qeyri-sabitliyi artırdığını vurğulayıb. ABŞ-ın bu hücumlara birbaşa müdaxiləsini isə “skandal və məsuliyyətsizlik” adlandırıb.

“Yeni bir dünya müharibəsinin mərhələli şəkildə torları hörülür, siyasi və strateji anarxiya dünya sistemini iflic vəziyyətinə gətirib” – deyə Bahçeli bəyan edib.

BMT-nin bu hadisələrə qarşı sönük reaksiyasını tənqid edən Bahçeli, qurumun real addımlar atmaq əvəzinə yalnız “naz, sızlanma və şikayət” funksiyasına çevrildiyini bildirib.

MHP lideri, İsrailin İranın nüvə obyektlərinə qarşı başlatdığı hücumların arxasında yalnız nüvə proqramı deyil, daha geniş coğrafi və ideoloji planların dayandığını bildirib.

“İran İslam Respublikasına atılan bombalarla əslində Türkiyəyə mesaj verilir” – deyə Bahçeli bildirib və əlavə edib ki, bu hücumlar bölgədəki tarixi türk şəhərlərinə yönəlmiş təxribat mesajları daşıyır.

ABŞ prezidenti Co Baydeni tənqid edən Bahçeli, onun “sülh vədləri ilə yeni müharibələri alovlandırdığını” bildirib. İsrailin bölgədə qorxu və terror yaydığını bildirən MHP lideri, bu siyasətin dünya barışını təhlükəyə atdığını vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice