BAKI, AzerVoice
Türkiyədə keçirilən genişmiqyaslı əməliyyatda 446 qeyri-qanuni miqrant tutulub.
AzerVoice xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ölkə daxilində nizamsız miqrasiyaya qarşı keçirilən genişmiqyaslı əməliyyatlarda 446 qeyri-qanuni miqrantın və 15 miqrant qaçaqçılığı təşkilatçısının saxlanıldığını açıqlayıb.
Nazirin verdiyi məlumata görə, yoxlamalar Daxili İşlər Nazirliyinin koordinasiyası ilə Miqrasiya İdarəsi, polis, jandarma və Sahil Mühafizəsi tərəfindən həyata keçirilib.
Əməliyyat nəticəsində saxlanılan qeyri-qanuni miqrantların deportasiya prosedurlarına start verilib. Nazir bildirib ki, Türkiyə qanunsuz miqrasiya ilə mübarizədə qətiyyətlidir və bu istiqamətdə yoxlamalar davam etdiriləcək.
Qeyd edək ki, Türkiyə son illərdə miqrasiya və qaçaqmalçılıqla mübarizə sahəsində sərt tədbirlər görür, xüsusilə sərhədyanı bölgələrdə və böyük şəhərlərdə mütəmadi yoxlamalar təşkil olunur.
Ülke genelinde göçmen kaçakçılığı organizatörleri ve düzensiz göçe yönelik düzenlediğimiz denetimlerimizde;
— Ali Yerlikaya (@AliYerlikaya) June 21, 2025
2’si yabancı uyruklu olmak üzere toplam 15 göçmen kaçakçılığı organizatörü ve
412 bin 887 kişinin kimlik kontrolünün yapıldığı uygulamalarda 446 düzensiz göçmen… pic.twitter.com/ZO1H4k8XRn