BAKI, AzerVoice
Türk Hava Yolları 4 gündə iki uçuş rekordu qırıb.
AzerVoice xəbər verir ki, Türk Hava
Yolları (THY) Qurban bayramı günlərində rekord göstəricilərlə çıxış
edib.
Şirkət cəmi 4 gün ərzində iki fərqli tarixdə ən yüksək gündəlik
uçuş sayına imza ataraq, 1369 planlaşdırılmış uçuşla yeni rekorda
nail olub.
Türk Hava Yollarının baş direktoru Bilal Ekşi bu tarixi nailiyyəti sosial media hesabında paylaşaraq , “Maşallah deyək, yeni rekord gəldi! Əvvəlki rekord bayram ərəfəsində 1292 uçuş idi. Türkiyə böyüyür, THY yüksəklərə uçur.” - deyə qeyd edib.
Qeyd edək ki, THY daha əvvəl 2 iyul 2023-cü ildə 1284 uçuşla, 5 iyun 2025-ci il tarixində isə 1292 uçuşla gündəlik rekordlar qırmışdı. Bu dəfə isə həmin göstəricilər aşılaraq, 1369 uçuşla yeni zirvə qeydə alınıb.