Əsas səhifə » Ərdoğan və Şahbaz Şərif regional məsələləri müzakirə ediblər

Ərdoğan və Şahbaz Şərif regional məsələləri müzakirə ediblər

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

AzerVoice xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.

Məlumata görə, söhbət zamanı Türkiyə ilə Pakistan arasındakı ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan, telefon danışığı zamanı Türkiyə ilə Pakistan arasındakı dostluq və güclü həmrəyliyin atılan addımlarla möhkəmləndiyini bidirib.

Türkiyə Prezidenti, həmçinin, Məhəmməd Şahbaz Şərifi Qurban Bayramı münasibətilə da təbrik edib.

Digər Kateqoriyalar

2025 © Azervoice