Əsas səhifə » Türkiyədə zəncirvari qəza baş verib

Türkiyədə zəncirvari qəza baş verib

BAKI, AzerVoice

Türkiyənin Kütahya vilayətində zəncirvari qəza baş verib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, qəza, yerli vaxtla saat 03:00 radələrində Kütahya-Afyonkarahisar Şossesinin dəmiryolu stansiyası ərazisində baş verib. Qırmızı işıqda 6 avtomobilin qarışdığı zəncirvari qəza nəticəsində ikisi ağır olmaqla 6 nəfər yaralanıb.
Avtomobildə sıxışanlar yanğınsöndürənlər tərəfindən xilas edilir, yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice