Əsas səhifə » Özgür Özələ yeni istintaq başladılıb

Özgür Özələ yeni istintaq başladılıb

BAKI, AzerVoice

Ankara Baş Prokurorluğu, CHP lideri Özgür Özəl haqqında İstanbul Baş Prokuroru Akın Gürlekə yönəltdiyi ifadələr səbəbindən öz təşəbbüsü ilə istintaq başladıb.

AzerVoice-un məlumatına görə, daha əvvəl İstanbul Cumhuriyyət Baş Prokurorluğu da Qaziosmanpaşada keçirilən mitinqdə Akın Gürlek haqqında söylədiyi sözlərə görə Özgür Özəl barəsində istintaq başladılması qərarı verib.

Baş Prokurorluqdan yayılan açıqlamada bildirilib ki, Özgür Özəl barəsində “ədalət mühakiməsi fəaliyyətini yerinə yetirən şəxsi vəzifəsini yerinə yetirməyə mane olmaq məqsədilə təhdid” və “ictimai vəzifəli şəxsə vəzifəsi ilə əlaqədar açıq şəkildə təhqir” maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, dünən də İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən Özgür Özəl barəsində eyni səbəblə istintaq başladılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice