11
BAKI, AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə, Səudiyyə Ərəbistanı Vəliəhdi Məhəmməd Bin Salman arasında telefon danışığı olub.
AzerVoice xəbər verir ki, görüşdə iki ölkə arasındakı əlaqələr, regional və qlobal məsələlər müzakirə olunub.
Telefon danışığında Ərdoğan, Türkiyənin Fələstinə dəstəyini davam etdirəcəyini və Qərbin Suriyaya qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırma qərarını müsbət qiymətləndirdiyini bildirib.
Ərdoğan, Səudiyyə Ərəbistanı Vəliəhdi Salmanı Həcc ziyarətinin müvəffəqiyyətlə təşkil olunması münasibətilə təbrik edib.