Əsas səhifə » May ayında Türkiyədən Fransaya dəri ixracı azalıb (ÖZƏL)

May ayında Türkiyədən Fransaya dəri ixracı azalıb (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin may ayında Fransaya dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz azalaraq, 5 milyon 643 min 90 dollara çatdırıb.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Fransaya dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 27 milyon 160 min 24 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq, 627 milyon 319 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 124 milyon 389 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 1 milyard 503 milyon 491 min dollar məbləğində dəri ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice